Mütəxəssislər, uşağın sağlam olması üçün yemək yeməsinin əhəmiyyətli olduğu mövzusunda valideynlərə xəbərdarlıq etdi.
Xüsusilə də təlaşlı anaların uşaqları ilə əlaqəli ən sıx yaşadığı problem, uşaqların kafi miqdarda qidalana bilməmələridir. İştahsız ya da müxtəlif faktorlardan yaranan bu problemin qarşısında analar, vəziyətin fərqində olmadan məcbur edərək olsa belə yemək yedizdirməyə çalışırlar.
Uşaqlar üçdə biri ilə belə doyar
Uşaqlara məcburiyyət və təhdid yolu ilə yemək yedizdirməyin düzgün olmadığını bildirən mütəxəssislər, böyüklərin mədəsi ilə uşaqların mədəsinin eyni olmadığına diqqət çəkir. Böyüklərin yediyinin üçdə biri ilə doyan uşaqlar, inad etmədiyi müddətdə ac qalmaz. Bütün bunlar xaricində uşağınızın sıx-sıx xəstələnmirsə, yorğunluq hiss etmirsə və ayda 1 dəfə qızdırması olmursa zəif olduğuna dair bir şübhə yoxdur.