Hamiləlikdə düzgün qidalanın
Beynimizdə milyonlarla neyron var. Onların inkişafı hamiləlik dövründə başlayır. Bunun üçün hamilə qadınlar daima yoxlanmalı və sağlam qidalanmalıdırlar. Mümkün olduqa stresdən uzaq olun. Musiqi dinləyin.
Mütləq əmizdirin
Araşdırmalar ana südünün zehni inkişaf üzərindəki təsirini göstərir. Xüsusilə məktəb dövründəki uşaqlarını performansında ana südü almış olmaq vacib bir fərq yaradır. Bundan əlavə əmzirmə ananında anaya toxunan və göz təması quran körpənin beynindəki qan axışını artırır. Əlavə olaraq, əmzirmə müddətində ananın körpə ilə yumşaq səs tonu ilə danışması, gülməsi, ona toxunması beyində öyrənmə və hafizə bağlı bölgəyə təsir edir.
Keyfiyyətli və lazimi qədər yuxu almalıdır
Körpəlikdən uşağın lazimi qədər yuxusunu almasına diqqət etmək lazımdır. Yuxu beyinin inkişafında vacib nüanslardan biridir..
0-2 yaş arasında televizor izlətməyin
Beyin inkişafının yüzdə 70-80-ni bu yaş dövründə tamamlanır. Bu dövrdə ona təsir edəcək qüvvələrdən uzaq olmalıdır. Beynə mənfi təsir edən televizordan uzaq böyüdün. Ən çox bir saat televizor izləsəniz belə bunu birlikdə edin.
Dünyayı toxunaraq öyrənməsinə icazə verin
Uşaqlar dünyanı toxunaraq öyrənməyə çalışırlar. Ona görə əllərinə aldıqları hərşeyi ağızlarına aparırlar. Uşağın təhlükəsizliyini təmin edərək buna icazə vermək lazımdır.
Sevdiyi fəaliyyətlərə məşğul edin
Uşaqdan gələn təklifə hər zaman qulaq vermək lazımdır. Yeddi aylıq körpənin yeməyi yeməsi üçün əlinə qaşıq vermək belə onun cəhdlərini dəstəkləmək kimi olacaqdır. Bu onun inkişafına kömək edəcəkdir.