Qadin.NET / Uşaqlarda özünə hörmətin inkişafında 20 yol - (2)

Uşaqlarda özünə hörmətin inkişafında 20 yol - (2)

Xəbərin əvvəlinə bu linkdən keçid edə bilərsiniz.

Uşaqlarda özünə hörmətin inkişafında 20 yol- (1)

6. Uşağın varlığını qəbul etmək
Anaların zaman- zaman sözlərinin və  hətta jestlərlə belə "kaş ki uşaq doğmasaydım, o bir yükdür və artıq dözə bilməyəcəyəm" deyə ifadə işlətmələrinin səhv olduğu, xüsusilə bu kimi mesajlar tez-tez təkrar edildiyində uşağın istənmədiyi və özünə dəyər verilmədiyi hissinə qapılacaqları mütəxəssislər tərəfindən xatırladılır. Bu vəziyyət xüsusilə evdə yeni körpənin gözlənilməsi ilə anaların bu şikayətlənmələri digər uşağın  istənmədiyini düşünməsinə səbəb olmaqdadır. Belə zamanlarda uşaqların xüsusi bir marağa ehtiyacları vardır. Ailələr yaxınları tərəfindən dəstəklənməli və həyatdakı uşağın varlığına dəyər verilməlidir. 


7. Qiymətləndirəcək gündəlik vasitələr tapmaq
Uşaqlar pis bir şey etdiklərində diqqəti cəlb etmək, yaxşı bir davranışda olduqda isə  təsdiqlənmək istərlər. Etdikləri, hər gün edilən sıravi bir şey belə olsa, dəyərini artıran etdiklərinin təsdiqlənməsidir. Uşaqların sevgi və qabiliyyətlərini onlara xatırladan bəzi fəaliyyətlər aşağıda sıralanmışdır.

* Qayda-qanun gərəkdirməyən  ailəlikcə yeyilən bir axşam yeməyi. Hər kəs o gün bir-biriylə bacardıqları, öyrəndikləri və ya hiss etdikləri gözəl şeyləri paylaşa bilər. Məsələn; "Məktəbə zamanında getdim" və ya "Bir qurbağa tapdım". Valideynlər də bu fəaliyyətə qatılaraq uşaqlarının müvəffəqiyyətlərini təsdiqlədiklərini göstərə bilərlər. Problemləri olan uşaqlara bu vaxt "Bu gün səni müdhiş bir şey edərkən gördüm. Ayaqqabını geyindin və bağlarını özün bağladın." deyərək təriflənə  bilər.
* Yenə yeməkdə, sırayla hər kəslə maraqlanılır və digərləri onun nəyi sevdiyini, xoşladığını və təqdir etdiyini söyləyə bilər. Məsələn; "Sənin öyrəndiyin yeni mahnını çox sevirəm." və ya "Bu səhər söylədiklərin həqiqətən mənə təsir etdi".
* Uşağınızın otağına, duşdakı aynaya və ya qidalanma çantasına kiçik kağızlara çəkilmiş kiçik şəkillər ya da sizin onu çox istəməklə bağlı mesajlarınız qoyula bilər.
* Uşağınızın yatağının baş ucuna onun xoşladığı bir fəaliyyəti göstərən (məsələn oyun oynadığı və ya ata mindiyi) və ailənin toplu iştirak etdiyi iki fotoşəkil qoyula bilər. Beləcə uşaq hər gecə bacarıqlarını və sevdiklərini xatırlayacaq. 
Uşaqlarda özünə hörmətin inkişafında 20 yol - (2)

8.Uşaqla yalnız vaxt keçirmək
Bir çox valideynlər üçün zaman çox məhduddur. Bununla birlikdə mütəxəssislər hər bir uşaqla tək zaman keçirmənin çox əhəmiyyətli olduğunu ifadə edirlər. Bir bazar səhəri çöldə nahar edilə bilər və ya yeməkdən sonra parkda kiçik bir gəzinti edilə bilər. Zaman -zaman onun səviyyəsinə enib onun qaydaları və oyuncaqlarıyla oynamaq da faydalı olacaq. Qardaşını qısqanan və yeni anadan olan körpədən ötəri geri planda qalan uşağınızla tək zaman xərcləmək üçün səy sərf etməlisiniz. 
Uşaqlarda özünə hörmətin inkişafında 20 yol - (2)

9.Uşağın bəzi şeyləri özünün etməsinə İcazə vermək
Valideynlər ümumiyyətlə uşaqlarının etməkdə çətinlik çəkdiyi işləri üzərlərinə götürərək onlara köməkçi olduqlarını fikirləşirlər. Bu kömək, "Sən bunu edə bilməzsən. Sən kifayət qədər yaxşı deyilsən" mesajlarını verə bilər, ki, bu da uşağın özünə olan hörmətini azaldar. Uşaqların bir işi bacarmaq üçün mübarizəyə dəvət edilmələri lazımdır. Bundan əlavə uşaqlara, problemlərini həll etmək və öz qabiliyyətlərini kəşf etmək üçün fürsətlər də verilməlidir. Kömək istədiklərində, ilk olaraq, o işin öhdəsindən gələ biləcəklərinə onları inandıraraq cəsarətləndirmək lazımdır. "Hə gəl baxaq, bu paltarı özün düymələyə biləcəksənmi görək?" deyilə bilər. Ya da birbaşa olmayan tövsiyələrdə ola bilər. Məsələn "Baş barmağını ilmədən keçirsən, daha asan düymələyə bilərsən". 

10. Uşağın xüsusi əşyalarına hörmət göstərmək
Ana-atalar, sıxlıqla uşaqlarına verdikləri oyuncaqların və kitabların idarəsini əldə tutarlar. Məsələn; bir əşyasının atılmasına, uşaqdan çox valideynlər qərar verər. Uşağınızın o oyuncaqla oynama çağının keçdiyini düşündüyünüz halda, uşağın ona hələ və bəlkə də illərcə ehtiyacı ola bilər. Bu səbəblə əşyalarını atmadan əvvəl ona soruşmalısınız.
Ardı var...
Mənbə:KAHN, Ellie (1990) 20 Ways To Make Your Kid Feel Great. Parents.Vol: 65, No:6, 94-98, 194-195.
17 iyul 2011
GO BACK