Uşağının yalan danışdığını görən ana və atalar təlaşlanmadan uşağını bu vərdişdən xilas edə bilərlər. Bu vəziyyətdə valideynlərin diqqət etməli olduqları ilk məsələ, yalan danışmaq səbəbinin yaxşı formada analiz edilməsidir. Xüsusilə də 3-6 yaş arasındakı uşaqlar, özlərini qoruma və istədiklərini etmək üçün yalan danışırlar. Yalan danışmağın bir digər səbəb də böyüklərə qarşı duyduqları qorxularıdır.
İnkişaf dövrlərində yalan danışmağı vərdiş halına gətirən uşaqda valideyn təzyiqi qatı yox, yumşaq bir dil ilə olmalıdır. Qoyulan qaydaların dərəcəsi isə nə uşağı ərköyün edəcək qədər rahat, nə də yalan danışmağa təşviq edəcək qədər sərt olmalıdır.
Ümumiyyətlə uşaqları üçün ayna olan valideynlər, əvvəlcə öz qərarlılıqlarına diqqət etməli və doğru davranmalıdırlar və daha sonra uşağa baxmalıdırlar.