Italiyanın Milan şəhərindəki Vita-Salute del San Raffaele Universitetində çalışan elm adamları maraqlı bir araşdırma aparıblar. Onlar 1-3 günlük olan 18 körpəyə yatarkən 3 musiqi dinlədiblər. İlk parçada notlar oxşar olub. İkincidə bəzi notlar bir ton yüksək idi. Üçüncü musiqidə isə notlar arasında uyğunluq olmayıb. Körpələr bu musiqiləri dinləyərkən onların beyin rentgen şəkilləri çəkilib.
Alimlər musiqi dinlədiyi zaman yeni doğulan körpələrin hamısında təsirli hala gələn beynin sağ hissəsinin reaksiya verdiyini müşahidə ediblər. İkinci və üçüncü musiqi çalınan zaman isə beynin sağ hissəsinin daha az təsirli hala gəldiyi və sol hissənin fəaliyyətə keçdiyi təyin edilib.
Elm adamlarına görə, bu nəticələr yeni doğulan körpələrin doğuşdan sonrakı ilk saatlardan etibarən musiqi qəbul etmə bacarığına sahib olduğunu, ayrıca notlar arasındakı uyğunsuzluğu və ton fərqlərini anlaya bildiklərini göstərir.