Qadin.NET / Körpəm niyə ağlayır?

Körpəm niyə ağlayır?

Körpələr heç bir səbəb olmadan boşu boşuna ağlamaz.Özlərini narahat hiss etdikdə ya da nəsə bir şey həqiqətən canlarını sıxdığında sizə xəbər vermək və köməyinizi istəmək üçün ağlar.
Körpələr ağlamaya başladımı ana-atalar nə edəcəklərinə çaşar. Hələ o, ilk körpələri isə daha çox çaxnaşma,narahatlıq yaranar. 
Ekspert Psixoloq Sinəm Olcay "Körpəm niyə ağlayır" sualının cavabını belə izah edir.
 
Yeni doğulan körpələrin çox ağlamasının bir səbəbi vardırmı? 

Körpələr çətinlik verən hər vəziyyətdə təsəlli tapmaq üçün kömək axtarır. Körpənizin ağlaması, beyni hələ kifayət qədər inkişaf etmədiyi üçün tək başına başa çıxa bilmədiyi sıx duyğular və qorxu verən bədənsəl hisslər üçün kömək istəməsi mənasına gəlir. Körpələr heç bir səbəb olmadan ağlamaz. 
Bütün körpələr arasında doğulduğunda ən yetişkinləşməmiş vəziyyətdə olan insan balasıdır. Əslində körpələrin hamiləlik müddətini ana qarınının xaricində tamamladığını söyləyə bilərik. Yeni doğulmuş bir körpə doğulduqlarında kifayət qədər yetişkinləşmiş olmadıqları üçün körpələr çox həssasdır. 



Körpələrin ağlamasına ən çox nə səbəb olar? 
Körpələr həm fiziki,həm duyğusal həm də bir çox səbəbdən ötəri ağlaya bilər. Bir körpə, yorğun ya da aç olduğu ya da başqa bir xarici faktor üzündən çox xəbərdar edildiyi üçün ağlaya bilər. 

Anaların ağlamanın nə anlama gəldiyini anlama şansı vardırmı? 
İlk başlarda ağlamanın nə anlama gəldiyini həll etmək çətin ola bilər,amma zamanla ağlamaları çox daha doğru bir şəkildə oxumağı öyrənəcəksiniz. Məsələn; zamanla aclıq ağlamasını yorğunluq ağlamasından ayırd etməyə başlayacaqsınız. Bəzən isə ağlamanın səbəbini qətiliklə bilməyəcəksiniz. Amma bunun bir əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan körpənin narahatçılığı və ağrısını ciddi qəbul etməniz və sakitləşməsi üçün ona köməkçi olmanızdır. 


Körpələr ən çox nə vaxt ağlar? 
Ağlama, körpə 3-6 həftəlik olduğunda ən yüksək səviyyədədir. Körpə, 12-16 həftəlik olduğunda isə azalar. Bunun səbəbi bu dövrdə körpələrin hərəkət qabiliyyətinin yüksəlməsi, bir şeyləri tutub onlarla oyun oynaya bilmələri səbəbindən artıq daha az sıxılma və maneə törədilmə yaşayır olmasıdır. Daha böyük körpələr və 3-4 yaşına qədər uşaqlar, aclıq, soyuq, yorğunluq, xəstəlik kimi səbəblər üzündən ağlamaya davam edər. 
Böyüdükcə xoşlandıqları və xoşlanmadıqları şeylər; onları qorxudan ya da narahat edən şeylər dəqiqləşər və hər biri bir ağlama səbəbi ola bilər. Danışa bilməyən bir uşaq üçün ağlama ümumiyyətlə "xeyr" mənasına gəlir. "Xeyr bir başqasının qucağına getmək istəmirəm", "Xeyr bu geyimdən xoşlanmıram" kimi. 


Körpə ağladığında nə etmək lazımdır? 
Körpələrə hər ağladığında müdaxilə etmək, sakitləşmələri üçün köməkçi olmaq lazımdır. Ağlamasına uzun müddət cavab verilməyən körpələr həddindən artıq həssas bir stress qəbul etmə sistemi inkişaf etdirə bilərlər. 
Körpənizin öz özünə sakitləşməsini gözləmənizin həm beyin,həm bədən inkişafı baxımından mənfi təsirləri ola bilər. Bir körpə, ağlamayla itirdiyi idarəsini özü təmin edə bilməz, bunu yalnız siz edə bilərsiniz. O səbəblə körpələrin hər ağlamasına tutarlı şəkildə cavab vermək lazımdır.
Araşdırma və müşahidələr göstərirdə ki ağlamalarına cavab verilən körpələr irəliləyən zamanda daha az ağlayan, daha xoşbəxt və daha asan sakitləşdirilə bilən uşaqlar olur. 

14 avqust 2011
GO BACK