Uşağın hansı əlini daha çox işlədəcəyi, solaxay olub olmayacağını və əl seçimi mövzusunda valideynlərin necə bir reaksiya verəcəyi uşağın təhsil uğuru üçün olduqca vacibdir. Körpəlik dövründə ona uzadılan hər hansı bir əşyaya qarşılıq körpə, əşyanı sol əli ilə alırsa, gələcəkdə solaxay olacaq deyə bir şey yoxdu.
Edilən araşdırmalara görə uşaqlar, 3-4 yaşlarına gələnə kimi hansı əlini istifadə edəcəklərini dəqiq bilmirlər. Valideynlərin ən çox etdiyi səhvlərdən biri uşağın solaxay olduğunu öyrəndiklərində onu sağ əlini istifadə etməyə məcbur etmələridir. Burada diqqət edilməsi vacib olan şey uşağın özünü rahat hiss etdiyi əlini istifadə etməsidir. Əks halda uşaqda altını islatma, dırnaq yemə, kəkələmə kimi porblemlər yarana bilər.