Səssiz qalmağı üstünlük verirsə
Uşaqlarınıza hər ağlına gələni danışmaq və dürüstlük arasındakı fərqi öyrətməlisiniz. Bunun üçün uşaqlarınızı mühakimə etmədən dinləməlisiniz. Daha sonra hadisələri başa düşmək üçün köməkçi olmalısınız. Problemləri danışaraq həll etdiyinizi gördükdə, səssiz qalmaqdan imtina edəcəkdir.
Uşaqlar arasında sonsuz bir rəqabət varsa
Problemin kökünə enin və bir şəkildə bir-birinə fiziki zərər vermələrini qadağan edin. Uşaqlarınızı bir komanda kimi yetişdirir və hər hansı bir problemlə qarşılaşdıqda ədalətli olun. Bununla da uşaqlarınız rəqabət əvəzinə birlikdə hərəkət etməyi öyrənərlər.
Oğurluq edərkən tutmusunuz
Uşaqlarınıza düzgün əxlaqi dəyərlər qazandırmağınız çox əhəmiyyətlidir. Beləliklə, əvvəl sakit olun. Uşağınız əgər həyatında ilk dəfə bir şey oğurlayırsa, səbəbini öyrənməyə çalışın və ona bunun niyə yanlış olduğunu izah edin. Sonra da uşağınıza oğurladığı şeyi sahibinə təhvil verməsini və üzr istəməsini xahiş edin.
Əgər oğurluq aktı davam edirsə, peşəkar birindən yardım almağınızda fayda var. Əks təqdirdə bu uzunmüddətli bir vərdiş halına çevrilə bilər.
Qarşısındakına hörmət etmirsə
Uşaqlarınıza öz hislərini və duyğularını düzgün şəkildə danışmağı öyrətmək lazımdır. Əgər izdiham içində qarşısındakının qəlbinə toxunan davranışlar edirsə, bunun mütləq bir səbəbi vardır. O səbəbi tapmağa çalışın. Hislərini danışan insanlar daha sakit və empatiya quran insanlardır. Və bu davranışlar ən yaxşı uşaqikən öyrənmək olar.