Oyuncaq həkim seti
Tibbi oyuncaqlar kiçik hissələrdən ibarət olduğuna görə uşaqlar üçün təhlükəli sayılır. Bu hissələr uşaqların nəfəs borusuna düşə bilər.
Oyuncaq silahlar
Oyuncaq silahlar və su silahları məsafə düzgün müəyyən edilmədikdə gözdə və üzdə yaralanmalar səbəb ola bilir. Bu tip oyuncaqları alarkən yanında qoruyucu eynəkləri olanları seçməlisiniz.
Şarlar
Oyun zamanı partlaya bilərlər. Bu uşaqda karlıq kimi problemlərə yol aça bilər. Ona görə 8 yaşdan kiçik uşaqlar üçün şar alınmamalıdır.
Stress çarxı
Son vaxtlar sürətlə yayılan stress çarxları da uşaqlarınız üçün təhlükəlidir. Fiziki yaralara səbəb olduğu kimi, psixoloji olaraq diqqət dağınıqlığına yol aça bilir. Amerikanın bir çox məktəbində stress çarxları qadağan edilmişdir.