Eric Marshall-Stuart Hample tərəfindən yığılan "Uşaqlardan Tanrıya məktublar" uşaqların Tanrıdan çox məsum istəklərindən bəhs edən bir kitabdır. Əslində mövzusu "zarafat" kimi görünsə də kitabdakı ifadələr saflığın, təmiz qalmağın tapıntı halına gəldiyi indiki vaxtda, uşaqların onların ürəyindən tökülən duyğuların ən gözəl, ən saf halıdır.
Avropa və Amerikada 2-9 yaş arasındakı uşaqlara Allahla əlaqədar düşüncələri suallara, Tanrıya bir məktub yazmaları, duyğu və istəklərini izah etmələri istənmiş. Beləcə uşaqların başlarındakı Tanrı fiqurunu izah edən bu kitab çıxmış ortaya. Budur o sevimli və saf ifadələrdən bir neçəsi ...
1. Əgər Tanrı mən olsaydım bu qədər yaxşı olmazdım. Bunu ağılından çıxarma. Michelle -6 yaşında
2. Sevgili Tanrı, Kilsəyə sözüm yoxdur amma şübhəsiz daha yaxşı musiqilər istifadə edə bilərsən. Ümid edirəm ki, yazdıqlarıma kədərlənməzsən. Həmçinin bir neçə yeni mahnı yaza bilməzsən? Dostun Barry- 6 yaşında
3. Sevgili Tanrı, bu plastik çiçəklərə başın pozulmur mu, əgər həqiqətlərini edən mən olsaydım səbrim çatmazdı. Lucy-7 yaşında
4. Sevgili Tanrım, İnsanların ölmələrinə icazə verib yenilərini etmək yerinə nə üçün əlindəkiləri tutmursan? Jane - 6 yaşında
5. Sevgili Tanrı, bu andakı əksiklərimi yazıram: Yeni bir velosiped, bir kimya dəsti, it, film maşını, beysbol əlcəyi. Hamısını göndəməsən də olar. Qeyd: Santa Klausun olmadığını bilirəm. Seni sevən Eric - 5 yaşında
6. Sevgili Tanrı, Atam çox tünd xasiyyətdir. Onu bu xasiyyətindən yox etməyini istəyirəm. Amma lütfən canını yandırma. Sevgilərlə ... Martin - 5 yaşında
7. Sevgili Tanrı, Lütfən mənə bir Pony göndər. Səndən indiyə qədər heç bir şey istəmədim. Bunu da hər halda unutmazsan. Bruce - 4 yaşında
8. Sevgili Tanrı, Doğrudan da mövcudsan? Bəziləri buna inanmır, əgər varsansa gecikmədən bir şeylər etməndə fayda var. Harriet Ann - 6 yaşında
9. Sevgili Tanrı, Buludlardan biri üzünü elə qorxunc etdi ki, ürəyim düşdü. Nə olar söylə ona bir daha elə etməsin. Ellen - 3 yaşında
10. Tanrıcım, Üst mərtəbədəkilər durmadan bağıra-çağıra dava edirlər. Məncə yalnız çox yaxşı yoldaşların evlənməsinə icazə verməlisən. Nan - 5 yaşında
11. Sevgili Tanrı, Əgər heç kim bilməyəcəksə yaxşı olmağın nə faydası var? Mark - 8 yaşında
12. Sevgili Tanrım, Nə deyə bu qədər çox insan yaratdın? Başqa bir dünya daha edib artıqları ora qoya bilməzsən? J.B. - 7 yaşında
13. Sevgili Tanrı, Sən qəribə nə etsən et, hər kəs heyran olur; amma mən kiçicik bir zarafat belə etsəm danlaq eşidirəm.