28-ci həftədə doğulan körpələrə yarımçıq (erkən doğulmuş) körpə deyilir. Ancaq 26-cı həftədə doğulan körpələr də tibbdəki nailiyyətlər nəticəsində yaşadıldıqları üçün yarımçıq adlana bilirlər. Yarımçıq körpə fiziki olaraq inkişafını tamamlamadığı üçün çox kiçik olur, başı daha böyük görünür. Yağ toxuması inkişaf etmədiyi üçün dərisi sanki şəffafdır, hətta damarlarını belə görə bilərsiniz. Bu körpələr doğum otağındakı nəzarətdən sonra dərhal xüsusi qayğı otağına alınır. Ağlaması çox yüngül olur və nəfəs alma problemi vardır. Yarımçıq körpənin inkişafı üçün anasıyla psixoloji bağ qurması çox əhəmiyyətlidir.
Ana onu qucağına götürə bilməsə belə, körpəsiylə mümkün olduğu qədər çox bədən təmasında olmalıdır. Mümkünsə, əmizdirməli və ya südünü çəkərək körpəsinə verilməsini təmin etməlidir. Beləcə, ananın südü də artacaq və körpə hazır olduğu zaman süd əmə biləcəkdir.
Uşağın yaşı |
Ana bacarıqlar (əksəriyyət körpələr edə bilər)
|
İnkişaf etməkdə olan bacarıqlar (körpələrin yarısı edə bilər)
|
Ətraflı bacarıqlar (az sayda körpə edə bilər)
|
1 aylıq |
•Qarnı üstə yatarkən başını qaldıra bilir. • Səslərə reaksiya verir. • Qarşısındakı üzlərə baxır.
|
•Gözləriylə obyektləri təqib edə bilir. •"Aaaa", "oooo" deyə səslər çıxardır. • Qara və ağ səthləri görə bilir.
|
• Gülümsəyir. •Başını 45 dərədəli bucaqla tuta bilir. |
2 aylıq |
•"Uuuuu" kimi səslər çıxardır. • Obyektlərin görünüşlərini təqib edə bilir. •Əllərini hiss edir. • Başını qısa müddət dik tuta bilir.
|
• Gülür. •Başını 45 dərəcəli bucaqla tuta bilir. •Daha yumşaq hərəkət edir. |
• Başını sabit tuta bilir. •Ayaqlarında ağırlığa dözümü artır. • Qarnı üstə yatarkən başını qaldıra bilir. Özünü yavaş-yavaş itələyə bilir. |
3 aylıq |
•Sizin üzünüzü və qoxunuzu bilir. •Başını sabit tuta bilir. •Hərəkət edən obyektləri vizual olaraq təqib edir. |
•"Uuuuu, yuuuu kimi səslər çıxardır. •Tüpürcəyi ilə şarlar çıxarır. • Sizin səsinizi tanıyır. •Yavaş-yavaş dönməyə çalışır.
|
•Qarnı üstündən kürək üstünə dönə bilır. • Yüksək səslərə doğru dönür. •Əllərini yaxınlaşdıra bilər, oyuncaqlara vurur. |
4 aylıq |
• Gülür. • Ayaqlarında ağırlığa dözümü artır. • Siz onunla söhbət edərkən "uuu, buuuu"
deyə reaksiyalar verir.
|
•Bir oyuncağı qavraya bilir. •Qarnı üstündən kürək üstünə dönə bilir. |
•"Ata", "mama" kimi səsləri təqlid edir. • İlk dişi çıxmağa hazırlaşır. •Qatı yeməklər üçün hazır ola bilir. |
5 aylıq |
•Canlı rəngləri ayırd edə bilir. •Öz əlləri və ayaqları ilə oynayır. |
•Öz adını öyrənir. • Yad səslərə doğru dönür. • Üzü üstə, arxası üstə hər tərəfə dönə bilir.
|
•Dəstək olmadan qısa müddət otura bilir. •Obyektləri ağzına alır.
|
6 aylıq |
•Səslərə və danışıqlara doğru dönür. • Səsləri təqlid edir. •Üzü üstə, arxası üstə hər tərəfə dönə bilir. |
•Qatı yeməklər üçün hazırdır. • Dəstəksiz otura bilir. • Obyektləri ağzına alır. •Obyektləri əldən-ələ keçirə bilir. |
•İrəli atılır və ya iməkləməyə, sürünməyə başlayır.
•Danışırmış kimi donquldanır, soruşur.
•Obyektləri özünə tərəf çəkə bilir.
|