Araşdırmalarda, inkişaf geriliyini göstərən körpə və uşaqların gündə bir ədəd yumurta yeməyin boy uzanması və böyüməyə müsbət təsir etdiyi sübut edildi.
Pediatrics dərgisində nəşr olunan arşdırmada, Ekvadordakı lazımı qədər qidalanan 6-9 ay aralığındakı 160 körpə üzərində çalışma aparıldı.
İnkişaf geriliyi göstərən körpələrdən seçilən 60-na 6 ay boyunca nizamlı olaraq gündə bir yumurta verilərək, protein, dəmir, sink, fosfor kimi maddələr baxımından zəngin bu qidanın boy və inkişaf üzərindəki təsirləri araşdırıldı.
Lora İannotti və qrup dostları, çalışma boyunca hər həftə Ekvadorun dağlıq bölgələrində yaşayan araşdırma qrupundakı körpələrin ailələrini ziyarət edərək, yumurta yeyilməsinin körpələrdə alergiya kimi hər hansı bir yan təsiri olub olmadığını yoxladı.
Çalışma sonunda, yumurta yeyən körpələrin yemələrinə görə yüzdə 47 daha az inkişaf etmə geriliyi göstərdiyi müəyyən edildi.