Bu mövzunu xüsusi olaraq Qadin.Net istifadəçiləri üçün seçmişəm və Azərbaycan dilinə tərcümə etmişəm.Mənə olduqca məlumatlandırıcı təsiri oldu.Sizlərə də çox gərəkli olacaq.
Umumiyyətlə ölkəmizdə bu tipli xəbərlər azlıq təşkil edir.Çoxaltmalıyıq...
Uşağa özünə hörmət qazandırma, uşağın öyrənmə, sevmə və yaratma
qabiliyyətini gücləndirməkdədir. Özünə hörmət, xoşbəxtliklə və həyatdakı müvəffəqiyyətlə əlaqədardır. Bəzi mütəfəkkirlərə görə özünə hörmət, tamamilə ailə sevgisiylə birlikdə yaxşı bir təhsilin məhsuludur. New York- lu psixoloq və gənclik terapisti Prof. Dr. Barbara Bergerə görə özünə hörmət, uşağın öz- özüylə qürur duymasıdır. Yüksək özünə hörmətə sahib olmaq, uşağın həm sevgi dolu, həm də qabiliyyətli olmasını təmin etməkdədir. Uşaq, qiymətli olduğuna inanmalı, bir şeylər mülahizəli və öz -özüylə və ətrafıyla barışıq olmalıdır. Uşağın sevgini və qabiliyyətini hiss etmə dərəcəsi, gələcəkdəki həyatında onu hər sahədə təsir edəcək. Eyni zamanda da, uşağın yaradıcılıq qabiliyyətini, digərləriylə əlaqəsini və müvəffəqiyyətli olmasını təyin etmədə əhəmiyyətli bir faktor olmaqdadır. Valideynlər, uşağın özünə hörmətinin ilk təməllərini meydana gətirirlər. Uşağın özünü sevgi dolu və qabiliyyətli hiss etməsi üçün ailələr nələr edə bilər? Məhz burada özünə hörməti inkişaf etdirəcək 20 yol var.
1 .Şərtsiz Sevgi Göstərmək
Uşağınız hər nə etsə etsin, ona dəyər verdiyinizi və qəbul etdiyinizi bilməsini təmin edin. Ev onun üçün, risk və təhlükələrlə dolu dünyadan döndüyü zaman, sevgi dolu, təhlükəsiz bir yer kimidir. Mesajlarınız "Səni sevirəm - otağının çirkli olmasına baxmayaraq, qiymətlərinin çox yaxşı olmamasına baxmayaraq, etdiklərindən xoşlanmama baxmayaraq . Onu hələ sevdiyinizi göstərmək və uşağınızın səhv davranışını düzəltmək üçün, onun doğru etdiyi bir şeyi görərək işə başlaya bilərsiniz. Məsələn, otağı qarmaqarışıqsa və yalnız yatağını yığmış isə ona "Həqiqətən yatağını yığdığına çox sevindim. İndi səndən istədiyim şey masanı təmizləməyin" deyə bilməniz çox gözəl olar.
2. Əsəbi Olmanızdan Məsuliyyətli Olduğunuzu bildirmək
4 yaşındakı uşağınız oyuncağını yatmaqda olan qardaşının beşiğinə atdığı üçün əsəbisiniz. Onun belə bir hərəkətinə əsəbləşdiyinizi necə hiss etdirərsiniz? Prof. Dr. Tomas Gordonun təklif etdiyi ən sadə mesaj "Mən" mesajıdır. "Sən pis bir uşaqsan!" ya da "Sən axmaqsan!" yerinə, "Sən belə etdiyində, mən …………../………… hiss edirəm", "Sen oyuncaqlarını atdığında özümü əsəbi hiss edirəm. Ona həqiqətən zərər verə bilərdin" deyə bilərsiniz. Buradakı mesaj, duyğularınızın onun uşaq dünyasına deyil, onun müəyyən davranışlarına istiqamətli olduğudur.
3 .Açıq İstəkləri bildirmək
Uşağınızın ondan nə istədiyinizi bilməsini təmin edin. Bu ona alternativ davranışları öyrənməsi üçün bir şans verəcək. Məsələn; "Oyuncaqlarını qardaşının beşiğinə atmamalısan. Bunun yerinə o oyandığında ona qatarını göstərə bilərsən" şəklində deyilməlidir. İstəkləri ona açıqca ifadə etmək, ondan nə istədiyinizi anlamasını asanlaşdıracaq.
4. Dinləməyi Öyrənmək
Uşaqların duyğuları, müşahidələri və qəbul etdiklərini dinləmək çox dəyərlidir və belə etmək uşaqların öz hörmətlərini artırmaqdadır. Sizə bir şeylər söyləmək istədiyində, həqiqətən ona zaman ayıra bilməyəcəksinizsə uyğun olmadığınızı və nə vaxt uyğun olacağınızı söyləyin. Gordonun bir başqa texnikası olan "Aktiv dinləmə"də, uşağınızı yanına çağırıb onu eşitdiyinizi və onun nə söyləməyə çalışdığını anladığınızı ifadə edin. Məsələn 7 yaşındakı bir qız uşağı belə deyə bilər:
Qız: "Ata sənə çox hirslənmişəm və bir daha otağıma girməyini istəmirəm".
Ata: "Sən həqiqətən çox hirslənmisən, eləmi hımm".
Qız: "Bəli çünki sən məni sürüşməyə aparacağını söyləmişdim amma artıq çox gecdir".
Ata: "Oh, anladım. Çünki səni çöldə sürüşməyə aparacağam mövzusunda söz verdim və bu sözə əməl etmədim. Həqiqətən təəssüf edirəm. Çox gec vaxta qədər işlədim və sənə verdiyim sözü də unutdum. Bunu sabah edə bilərikmi?"
Aktiv dinləməklə ailələr, hadisələri daha çox uşağın gözü ilə görməyə başlamaqda və beləcə uşaq da hislərinə əhəmiyyət verildiyini anlamaqdadır.
5 .Uşağın Duyğularını Ciddi qəbul etmək
Uşağınızın qorxularını və mənfi duyğularını onları rədd etməkdənsə ciddi qəbul edin və onları məğlub etməsinə və öz həllini tapmasına icazə verin. Oğulunun canavarlardan qorxduğunu öyrənən bir atanın yanaşması aşağıda verilmişdir.
Oğlan: "Ata yatağa gedə bilmirəm. Çünki otağımda canavarlar gizlənir".
Ata: "Gəl baxaq bəlkə canavarlarla yoldaş olarıq. Canavarlar nə yeməkdən xoşlanır bilirsənmi?".
Oğlan: "Bəlkə şirin, biskvit sevir".
Ata: "Bu xoşlarına gedə bilər. Gəl canavarlara yemək qoyaq. Canavarlara nə istədiyini soruş? Niyə soruşmursan?".
Oğlan: "İnsanları qorxutmaq istəyir".
Ata: "Niyə?"
Oğlan: "Güclü hiss etmək üçün"
Ata: "Əgər onunla yoldaş olsan sənə nə edə bilər?".
Oğlan: "Məni qoruya bilər."
Ata: "Mənə yaxşı bir yoldaş ola bilər kimi gəlir ya sənə?".
Oğlan: "Bəli."
Bu dialoq sayəsində ailələr,uşağın hislərini öyrətmiş olurlar və uşaq artıq canavarın ona elə də böyük təsiri olmayacağını görərək pozitiv düşünməkdədir.Ən əhəmiyyətlisi isə uşağın canavarda gördüyü gücü özünə yönəltməsidir.
Ardı var...
Mənbə:KAHN, Ellie (1990) 20 Ways To Make Your Kid Feel Great. Parents.Vol: 65, No:6, 94-98, 194-195.