Qadin.NET / Ana öpüşü dərmandır

Ana öpüşü dərmandır

Yeni Zellandiyalı elm adamları ilk dəfə aparılan tədqiqat nəticəsində yeni doğulan körpənin anasının öpüşü sayəsində qorunduğunu təyin edib. Körpəsini öpən ana balasına immunitet sistemini qüvvətləndirən bakteriyanı ötürür. Araşdırmada analarının ağzından çıxan K12 adlı faydalı bakteriyanı alan körpələrdə boğaz ağrısına və qulaq infeksiyasına qarşı müqavimət yarandığı qənaətinə gəliblər. Tədqiqat Otago Universiteti tərəfindən aparılıb. 

Daha əvvəl belə bir tədqiqat aparılmadığını bildirən araşdırmaçılar işə cəlb edilən qadınların təbii “lastreptococcus salivarius K12” adlı bakteriyanı daşıyıb-daşımadıqlarını təyin etmək üçün testdən keçdiklərini ifadə ediblər.

Bakteriyanın bədəndə qalıb-qalmadığını öyrənmək üçün analarından bakteriyanı alan körpələrin əvvəl hər həftə, daha sonra isə 6 həftədə bir nəzarətdən keçəcəyini bildirən araşdırmaçılar, körpə böyüdükcə nəzarət edilməyəcəyini, ancaq bu işin gələcək araşdırmaların təməli ola biləcəyini açıqlayıblar. 

 

Körpələri qucaqlamaq da onların yaxşılaşmasını təmin edir. Montrealda yerləşən Bliss Xəstəxanasında erkən doğulan körpələrə nəzarət edən həkimlər 61 körpə üzərində araşdırmalar aparıblar. Elm adamları körpələrin nəbzinə, qandakı oksigen səviyyəsinə və qan alınan zaman üzlərində yaranan ifadələrə nəzarət ediblər. Nəticələrə görə, ana qucağındakı körpələr ağrını daha tez unudur və onlarda daha sürətli yaxşılaşma müşahidə olunur. Anasız olan körpələrin daha çox ağrı çəkdiyi müəyyən edilib.

Odur ki, körpələrinizi daha tez-tez qucaqlayın və öpün! Bu təkcə sizin həzz almanız üçün yox, həm də körpələrinizin sağlamlığı üçündür!

27 iyun 2011
GO BACK