Qadin.NET / Evinə xoş gəldin, körpəm!

Evinə xoş gəldin, körpəm!

 

Evinə xoş gəldin, körpəm!

        Suallarınızı cavablandıracaq təcrübəli biriləri yanınızda olmadığı zaman sizi nə qorxudur bilirsinizmi? İnanın ki,bunların hamısı yersiz narahatlıqlardır.Çünki analıq hissi səhv bir şey etmənizə əsla icazə verməz.

 

        Qucağında körpəsiylə xəstəxanadan evinə dönən analar çox həyəcanlı olurlar.Xəstəxanadaykən hər mövzuda danışabiləcəkləri biriləri var,körpənin baxımıyla da tibb bacıları maraqlanırdı.Bəs indi???

 

Evinə xoş gəldin, körpəm!

        Zamana ehtiyacınız var: Doğuşdan sonra evə döndüyünüzdə körpənizi görməsi üçün yoldaşlarınızı,qohumlarınızı və iş dostlarınızı dərhal dəvət etmək məcburiyyətində deyilsiniz.Çünki bu dövrdə özünüzə və körpənizə,bir-birinizə alışmaq üçün bol-bol vaxt ayırmalısınız.Evdə artıq köhnə nizamı eynilə qorumağa çalışmayın.Bəzi şeyləri mümkünlüyünə və zamana buraxın.Ancaq çox lazımlı ev işlərini edin.

 

        Körpənin əmizdirilməsi,altının dəyişdirilməsi düşündüyünüzdən də yorucu işlərdir.Artıq bütün proqramlarınızı körpənin nizamına görə etməniz lazımdır.Körpənın yatdığı zamanlar özünüzə ayırdığınız zamanlar olsun.Kitab oxuyaraq,musiqi dinləyərək,film izləyərək,idman edərək ya da yataraq vaxt keçirə bilərsiniz.Təbii körpəniz buna icazə versə!!! 

Evinə xoş gəldin, körpəm!

       İlk duş:Körpənizə ilk duşu göbək yarası sağaldıqdan sonra etdirin.Onu həftədə  bir dəfə yumanız kifayətdir.Duşdan sonra körpənizi yaxşı qurulamağa diqqət göstərin.Doğuşdan sonra körpənizin bədənində qızarıqlıqlar ola bilər.Bu normal hadisədi  əsla unutmayın və dərisinə dərman vurmayın.Çünki dərman körpənizin dərisinə zərər verə bilər.Əlinizə damladacağınız bir neçə damla körpə baxım yağı ilə ona masaj edin.

 

 

Evinə xoş gəldin, körpəm!

        Altını dəyişdirərkən:İndiki vaxtda inkişaf etmiş şərtlərdə çıxarılan hazır bezlər anaların işini olduqca asanlaşdırır.Bu hazır bezlərlə analar daha çox vaxt qazanır.

 

        Körpə tualetini söyləməyi öyrənənə qədər poposu təxminən 6000 dəfə bezlənir.Sidikdən çıxan qıcıqlandırıcı maddələrin körpənin poposuna zərər verməsinin qarşısını almaq üçün yeni doğulan körpələrin altını tez-tez dəyişdirin.Bir çox körpə,əmizdirildikdən dərhal sonra tualetini edir.Bu səbəblə körpəni əmizdirdikdən sonra altını dəyişdirməniz daha məntiqlidir.

        Körpələrin çirklənən geyimləri mikrobların törəməsinə çox uyğun bir mühit yaradır.Bunun qarşısını almaq üçün paltarları çox saxlamayın.Mümkünsə tez yumağa çalışın.


        Əmizdirərkən:Körpəniz doğar-doğmaz əmizdirməyə başlayın.Normal doğum edən analar,hələ doğum masasından qalxmadan körpələrini əmizdirməyə başlamalıdırlar.Əməliyyatla edilən doğuşlarda isə yoldaşının ya da analarının köməyi ilə əmizdirməlidirlər.Körpəniz nə qədər tez əmməyə başlasa südünüz bir o qədər tez gələr,bollaşar.Körpənizin əmərkən sinənizə etdiyi xəbərdarlıq,sinirlər vasitəsilə beyinə çatır.Bu da beyninizin süd edən hormonları ifraz etməsini təmin edir.

 

         Körpənizi əmizdirərkən dik oturmağa diqqət edin.Əmizdirmək üçün ən rahat mövqeyi seçdikdən sonra körpənizin başını və gövdəsini eyni oxda olacaq şəkildə özünüzə çevirin.Körpənizin, başı yuxarıda, gövdə və ayaqları aşağıda olmalıdır.Onu əmizdirərkən göz təması qurun və onunla yumşaq bir səs tonu ilə danışın.Körpənizi arxa üstə yatırıb üzərinə əyilərək əmizdirməyin.Bundan başqa ağzına döşün ucunu deyil,döş ətrafını da verməlisiniz.Çünki yalnız döşün ucun verdikdə körpə lazımı qədər süd ala bilmir və zaman keçdikcə döşün ucu çatlayıb,zədələnir.

         Döşlərin ucunu gündə bir neçə dəfə sabunlu dəsmalla təmizləməyiniz kafidir.Bundan başqa əmizdirdikdən sonra döşlərinizi sıxın,çıxacaq az miqdarda süd ilə döşlərinizin ucuna və ətrafına sürtməyiniz onu yumşaldacaq.

8 iyul 2011
GO BACK