Qadin.NET / Uşaqlardan uzaq saxlanılmalı qidalar

Uşaqlardan uzaq saxlanılmalı qidalar

 Pınar Kural Enç uşaqların uzaq dayanması vacib olan qidalar mövzusunda məlumatlar verdi. Uşaqların sağlam qidalanması üçün dörd qida növündən olan qidalarla lazımlı miqdarda və düzgün bir şəkildə qidalanmaları lazımdır.

Süd məhsulları qrupunda yer alan süd, qatıq, ət məhsulları qrupunda yer alan ət, toyuq, yumurta, quru paxlakimilər, tərəvəz və meyvə qrupu və taxıl qrupuna girən çörək, bulqur, makaron, düyü və başqa qidaların hər yeməkdə kafi miqdarda istifadəsinə diqqət edilməlidir.

Uşaqlardan uzaq saxlanılmalı qidalar

Süd və qatıq vacibdir!

Uşaqların, xüsusilə, sümük və diş inkişafı üçün gündə imkan daxilində 2-3 stəkan süd və ya qatıq, 1 kibrit qutusu qədər pendir yemələrinə diqqət edilməlidir. Ayrıca, xəstəliklərə qarşı daha dirəncli olmaları və sağlam böyümə və inkişaf etmələri üçün hər gün ən az 5 porsiya təzə tərəvəz və ya meyvə yeməlidirlər.

Şagirdlər üçün ən vacib yemək səhər yeməyidir. Bütün gecə davam edən aclıqdan sonra, bədənimiz və beynimiz günə başlamaq üçün enerjiyə ehtiyac duyur. Səhər yeməyi yeyilmədiyində insanda diqqət dağnıqlığı, yorğunluq, baş ağrısı müşahidə olunur. Buna görə də günə səhər yeməyi ilə başlamaq şagirdlərin məktəb uğurunun artmasına səbəb olur.

Uşaqların hər səhər nizamlı olaraq səhər yeməyi yemək vərdişlərini qazandıqlarına diqqət yetirilməlidir. Pendir, təzə meyvə və ya meyvə suları, bir neçə dilim çörək, 1 təkan süd uşaqlar üçün səhər yeməyində kafidir. Xüsusilə, keyfiyyətli protein və zəngin vitamin və mineral tərkibinə görə qaynadılmış yumurtanın sıxlıqla yeyilməsi vacibdir.

Uşaqlardan uzaq saxnalılmalı qidalar:

Qəhvə

Ürək infarktına, yuxuya getməkdə çətinlik və dişlərin saralmasına səbəb olur.

Uşaqlardan uzaq saxlanılmalı qidalar

Kartof qızartması

Kartof qızartmasının tərkibində yüksək midrarda olan akrilamid maddəsi uzun müddət yeyilməsi ilə damar sərtliyi, köklük və xərçəngə səbəb ola bilir.

Spirtli içkilər

Spirt istifdəsi beyin və sinir sisteminə mənfi istiqamətdə təsir edir.

Uşaqlardan uzaq saxlanılmalı qidalar

Kolbasa, sosiska

Tərkibində natrium nitrit olan kolbasa və sosiska yeyilməsi xərçəngə səbəb olur.

Çips

Çips yemək yağ içməkdən fərqlənmir- deyən mütəxəssislər, xərçəngdən köklüyə, diabetdən alzhaimerə qədər bir çox xəstəliklərə səbəb olduğunu vurğulayır.

Turşulu içkilər

Tərkibində turşu tərkibli bu içkilər mədə və bağırsaq xəstəliklərinə səbəb olur.

Çiy yumurta

Tərkibində ola biləcək zərərli salmonella mikrobu səbəbi ilə xəstəliklərə yol açır.

8 may 2018
GO BACK