Qadin.NET / Uşağınızın duyğularını anlamağa çalışın

Uşağınızın duyğularını anlamağa çalışın

Hər zaman ana və ataların etməli olduqları şey uşaqları üçün yaxşı bir dinləyici olmaq, onların duyğularını anladıqlarını hiss etdirmək və onları aldatmadan, Açıq  eyni zamanda qərarlı bir tutum sərgiləməkdir.

Uşağınızın duyğularını anlamağa çalışın

Yaxşı bir başlanğıc hər zaman vacibdir

Məktəbin uşaqların ailələrindən uzaq olması lazım olan və yeni münasibətlər qura biləcəyi bir mühit olduğuna diqqət çəkən mütəxəssis Psixoloq və Psixodrama Terapevti Arzu Aydın Koç, məktəb dövründə ana və ataların davamlı uşağın məktəbə uyğunlaşa biləcəkmi, müəllimi ilə ya da dostları ilə yola gedə biləcəkmi deyə təlaşlandıqlarını, əslində bu təlaşın da çox təbii olduğunu ifadə etdi. Uşaqlar üçün ailələrin hər zaman ən güvənli mühit olduğunu, onlardan ayrılmaq istəməyəcəklərini, bu səbəbdən də məktəbə getmə mövzusunda problemlər yaşaya bilər. Həddindən artıq qoruyucu ya da səhlənkar olmaq uşaqların məktəbə uyğunlaşma müddətinə təsir edə bilər. Vacib olan uşağı dinləmək, lazım olduğu qədər məktəb və müəllim ilə əlaqə saxlamaqdır.

Uşağınızın duyğularını anlamağa çalışın

Güvən hissi məktəbə uyğunlaşmanı asanlaşdırır

Məktəb müddətini uşaqlarınız ilə birlikdə uyğunlaşmış halında keçirmək üçün tövsiyələr:

- Uşağınızın sizdən ayrılması sizi itirəcəyi mənasına gəlməz və bunun bilməsi çox vacibdir. Məktəbə necə gedəcəyini və onun mühitini, müəlliminini tanıdığınızı bilmək onu rahatladacaqdır. Xüsusilə, məktəb əvvəlli dövrdən əvvəl uşağınızla birlikdə məktəbdə qısa zaman keçirməyiniz uyğunlaşma müddətini tezləşdirəcəkdir. 

- Uşağınız söz verilən saatda və söz verilən insan tərəfindən məktəbdən alınması və məktəbə aparılması sizə olan güvənini artıracaq və məktəbdə rahat vaxt keçirməsinə kömək edəcəkdir. 

Uşağınızın duyğularını anlamağa çalışın

- Ana və atasının müəllimə güvəndiyini hiss etmək və məktəbdə olnları  təsdiq etdiklərini bilmək uşağınızın da məktəbə güvənməsini və uyğunlaşmasını asanlaşdıracaqdır.

- Uşağınızın bacaracağına inandığınızı hiss etmək, uşağınızın özünə inanmasına kömək edəcək və ona cəsarət verəcəkdir. 

- Uşağınızla aranızdakı özəl vəziyyəti məktəbin bilməsi lazım deyil. Ona hörmət etməniz və özəlinini məktəbə aparmamağınız vacibdir. Xəstəlik və bənzəri vəziyyətləri müəllimin bilməsi çox təbiidir, ancaq heç bir uşaq hələ oyuncağı ilə yatdığının bilinməsi istəməz.

8 iyun 2018
GO BACK