Qadin.NET / Uşağınıza tərəvəzləri sevdirin

Uşağınıza tərəvəzləri sevdirin

Uşağınıza tərəvəzləri sevdirin

1. Tərvəzləri bişirmə üsulunuzu dəyişdirin.

Qaynadılmış tərəvəzlər vitamin və minerallarını itirdikləri kimi dadlarını da itirirlər. Bunun yerinə tərəvəzləri sobada və ya buxarda bişirin. Xüsusilə, tərəvəz sevməyən uşaqlar, sobada bişmiş, üstü xıçırdayan, içi yumşaq tərəvəzləri yeməyi sevəcəkdir.

2. Ədviyatlardan qaçmayın.

2 yaşından böyük uşaqlara bir çox ədviyatı rahatlıqla verə bilərsiniz. Tərəvəzlərə əlavə edəcəyiniz bir az adi cirə kimi ədviyatlar, sadə tərəvəz dadını sevməyən uşağınıza çox çəkici gələ bilər. 

Uşağınıza tərəvəzləri sevdirin

3. Souslar və pürelər.

Uşağınıza tərəvəzləri sevdirmək üçün souslarla təqdim etməyi yoxlayın. buxarda bişirilmiş brokolinin üzərinə gəzdirilmiş bir pendir sousu, uşağınıza çox ləzzətli gələcəkdir. Eyni şəkildə, uşağınıza çiy kök, xiyar, kərəviz sapı kimi tərəvəzləri də təqdim edə bilərsiniz. Uşağınızın kartof püres kimi sevdiyi pürelərə bir az brokoli və ya brüsel kələmi qatmaq, onlara bu qidaların dadını çox təzyiq yaratmadan sevdirəcək, iləridə bu cür qidaları yeməyə hazırlayacaqdır.

4. Alış-verişə uşağınızda aparın.

Uşağınız haradan gəldiyini gördüyü və seçim müddətində tapdığı qidaları yeməyə çox daha istəkli olacaqdır. Ondan xoşu gələn tərəvəzləri göstərməsini istəyin və göstərdiyi tərəvəzlərdən ona yemək hazırlayın. 

Uşağınıza tərəvəzləri sevdirin
8 iyul 2018
GO BACK