Vitaminlər, bədənin hər yaşda ehtiyac duyduğu komponentlərdir. Ancaq uşaqlıd dövründə bu vəziyyət daha çox əhəmiyyət qazanır. Vitamin çatışmazlığı uşaqlarda müxtəlif xəstəliklərə səbəb olduğu kimi bəzi xəstəliklərin əlaməti olaraq da ortaya çıxa bilir.
Vitamin çatışmazlığı xəstəliklərə səbəb olduğu üçün səbəbləri şübhəsiz araşdırılmalıdır. Müəyyən əlamətlərin əvvəlcədən təyin edilib həkim nəzarətində lazımlı tədbirlərin alınması lazımdır. Uşaqlarınızda hansı vitamin çatışmazlığının, necə əlamət verdiyini öyrənmək üçün verəcəyimiz maddələrə baxa bilərsiniz.
A vitamini çatışmazlığı əlamətləri
A vitamini çatışmazlığı ən çox gözlərdə problemlər yaradır. Bu vitamin çatışmazlığı əlamətlərində gözdəki canlılıq yox olur. Ayrıca dəridə töküntü, pullanma, qaşıntı, boy uzanmasında azalma bu vitaminin çatışmazlığını göstərən ən vacib əlamətləridir.
D vitamini çatışmazlığı əlamətləri
Günəş işığı ilə təmin edilən bu vitamin, uşaqların sümük imkişafı üçün olduqca vacibdir. Çatışmazlığı yarananda en çox gözlənən əlamət baş nahiyyəsinin həddindən artıq tərləməsidir. Ayrıca, hərəkət azalması, əl və qollarda ağrılar, tez yorulma D vitamini çatışmazlığının ən vacib əlamətləridir.
K vitamini çatışmazlığı əlamətləri
İmunitet sistemi üzərində K vitaminin vacib bir yeri var. K vitamini çatışmazlığı yaşayan uşaqlar daha sıx xəstələnirlər. Eyni zamanda diş əti qanamaları, yara sağalmalarının gecikməsi və burun qanamalarında artım bu vitamin çatışmazlığını göstərən ən vacib əlamətlərdir.
B2 vitamini çatşmazlığı əlamətləri
Bu vitamin çatışmazlığı digər qidaların azalması ilə yaranır. B2 vitamini çatışmazlığında dodaqlarda çatlama, görmədə pozulma, çəki azalması, hərəkətlərdə yorğunluq ən vacib əlamətlər arasındadır.
B6 vitamini çatışmazlığı əlamətləri
Bu vitamin çatışmazlığının ən vacib əlamətləri yuxuya getmədə çətinlik, əsəbi davranma, dildə yaranan şişmə, yanaqlarda davamlı qızartıdır.
B12 vitamini çatışmazlığı əlamətləri
B12 vitamini çatışmazlığı, ət tükətiminin azalması nəticəsində meydana gəlir. Çatışmazlığında əlamətləri tez bir şəkildə özünü göstərməyə başlayır. Sinir sistemində zədə, depresiya, iştahsızlıq ən vacib əlamətlər arasındadır.