Böyük qardaşlarınız niyə ailənin beyni olaraq təqdim edildiği ilə maraqlandınız? Ola bilsin ki, o səndən daha ağıllıdır!
Leipzig Universitetinin; İngiltərə, ABD və Alman əsilli 20.000 dən çox kişi üzərində aparılan araşdırmaya görə: İlk doğulan uşaqlar, digərlərinə görə daha yüksək zəkaya malikdirlər. Bu böyük uşaqların ana-ata qayğısını daha çox görmələri və daha gənc olanları öyrətmək məcburiyyətində qalmalarıdır.
Sadəcə iki uşaq olan ailələrdə, daha ağıllı olma ehtimalı 60%-dir. Hətta iki uşaqlı ailələrdə qardaşı ilə eyni səviyyədə olma və ya daha az ağıllı olma ehtimalı vardır.
Doğum sırası hər hansı xarekterə təsir etmir. Buna görə də, daha gözəl, daha məşhur ya da daha yaxşı statusa sahib olmaq üçün ilk doğulan uşaq olmağa, ikinci hətta sonuncu olmağa bağlı deyildir.
Bu araşdırmaları açıqlaya biləcək səbəblər vardır. Ailənin böyük uşağının gələcəyinə daha çox yatırım etməsi, daha çox zaman ayırması, böyük uşağın bacı-qardaşlarının məsuliyyətlərinə ortaq olması kimi səbəblər, ilk uşağın bacarıqlarını daha çox inkişaf etdirməsi üçün şərait yaradır. Bu da zəkaya təsir edir.
Yəni, ilk uşaqların daha bacarıqlı və ağıllı olmaqların altında yatan səbəb biraz da valideynlərdir.
İndi isə ilk uşaqların niyə daha bacarıqlı və ağıllı olduqları ilə bağlı nəzəriyyələrə göz ataq.
1. Bölünmüş Diqqət Nəzəriyyəsi
Böyük olan uşaq ailə içində daha çox vaxt keçirir və bununla paralel olaraq valideynlərdən daha çox qayğı görürlər. Balaca qardaş-bacı isə doğulduqları andan etibarən heç vaxt bütün qayğını öz üzərilərinə toplaya bilmirlər.
2. Zərərli Gen Nəzəriyyəsi
İlk uşaqlarda gözlənən yüksək IQ səviyyəsini açıqlayan güclü dəlillər, bizi sonrakı uşaqların qüsurlu genləri almış ola biləcəyi inancına aparır.
3. Bezginlik Nəzəriyyəsi
Bəzi valideynlər ilk uşağı böyütməyin yaşatdığı təcrübə ilə daha çox uşaq sahibi olmaq istəməzlər. Bu vəziyyətdə sonrakı uşaqların mənfi performansı genetik deyil, seçim önyargısıdan qaynaqlanır.
4. Öyrədəcək Kimsə Yox Nəzəriyyəsi
Qardaşlar arasında ən böyük olanın kiçiklərə öyrədəcək bir şeyləri vardır və bu nəzəriyyənin əsasında bu öyrətmə qabiliyyətləri dayanır. Ən böyük qardaşın sahib olduğu bu öyrənmə bacarıqları onların öyrənmə bacarıqlarını inkişaf etdirməsinə və məktəbdə daha bacarıqlı olmasına kömək edir.
5. Tənbəl Valideyn nəzəriyyəsi
Bu nəzəriyyə görə ilk uşaqları üçün çox çalışan valideynlər sonrakı uşaqlarda artıq bu işlərdən bezirlər və digər uşaqlara nisbətən daha az qayğı göstərirlər.