Böyümə və inkişafın izlənilməsi, müəyyən xəstəliklər baxımından ətraflı bir dəyərlindirmə edilməsi və peyvənd olunması uşaqların keyfiyyətli yaşamaları üçün vacibdir. Uşaq sağlamlığı və xəstəlikləri mütəxəsisi Sami Akbuğa, uşaqlarda təkrarlanan sağlamlq yoxlamalarının vacibliyi haqqında məlumat verdi.
1 yaşına qədər hər ay yoxlanılmalıdır.
Yeniyetməlik dövründədəki sağlamlıq vəziyyətinin davamının təməli uşaqlıq dövründə qoyulmaqdadır. Bu səbəblə ailələr, xüsusilə, ilk yaşlarda uşaqlarını nizamlı olaraq həkimə apararaq, böyümə və inkişaflarını yaxından izləmələrinə diqqət yetirməlidirlər. Uşaqlar xəstə olmaqdan əvvəl yoxlamaya aparılsa, xəstəlikləri müalicə mərhələsinə gəlmədən daha tez qarşısının alınması və qalıcı zərərlərin önünə keçilməsi mümkün ola bilməkdədir.
Körpələrin və uşaqların təkrarlanan sağlamlıq yoxlamaları əslində şəxsə görə təyin olunmaqdadır. Bununla birlikdə ümumi qəbul ilk 6 ayda, mümkünsə ilk 1 il içində, aylıq yoxlamalar, 1-2 yaş aralığında üç aydan bir yoxlama, 2-6 yaş aralığında altı ayda bir yoxlama və altı yaş sonrasında illik yoxlamalar şəklində bir proqram edilməlidir.
Uşaqlarda təkrarlanan sağlamlıq yoxlamaları:
- Hemoqram: qan yoxlaması
- Sidik təhlili
- Aclıq qan şəkəri
- Böyrək funksiyası testi
- Qaraciyər funksiyası testləri
- Hepatit B yoxlaması
- Nəcisdə parazit yumurtası üçün yoxlama
- Sinə və ağciyər xəstəliklərinin yoxlanılması
- Qarın içi orqanları dəyərləndirilməsi üçün yoxlaması
Uşağınızın ürək yoxlamasının ərkən yaşda olmasının əhəmiyyəti
Uşaqlarda sağlamlıq yoxlamalarında kardioloji müayinə də yer alır. Yoxlama sırasında ürək xəstəlikləri baxımından tapıntısı olan uşaqlar " Uşaq kardiologiyası"na yönləndirilməlidir.
Bunun xaricində heç bir sağlamlıq problemi ya da anormal bir problemi olmayan, amma aktiv bir idmana başlayacaq olan bütün uşaqların da kardiolojik müayinədən keçməsi lazımdır. İləridə ciddi bir ürək xəstəliyi riski yaranması baxımından bütün uşaqların yaşamlarının ilk illərində kardiyolojik yoxlamaların edilməsi vacibdir.
Göz müayinəsi 3 yaşından sonraya qalmamalıdır.
Uşaqların təkrar sağlamlıq yoxlamaları sırasında göz və diş müayinələri də unudulmamalıdır. Təkrar diş və göz yoxlamaları 3 yaşından sonraya qalmamalıdır.