Əsəb də digər hislərimiz kimi var. Amma bəzi valideynlər uşaqlarına əsəbləşdikdən sonra özlərini günahkar hiss edərlər.
Sizə bəri başdan deyək ki, uşaq tərbiyəsində qəzəb onların altını təmizləməyimiz qədər bəsit bir haldır. Halbuki əsəbləşəndə yalnız uşaqlarımızın əlini ayağını bağlayıb bir kənara qoymaqla hirsimizi soyudacağımızı zənn edərik.
Uşaqlarımıza qarşı qəzəbimizi soyutmağımızın ilk addımı onların uşaq olmasını düşünməyimizdir. Əmin olun uşaqlarınız qətiyyən sizi dəli etmək fikrində deyillər. Bəs onda niyə səbir damarınıza basırlar?!...
Bunun bir çox səbəbi ola bilər.
Diqqətinizi çəkmək: Diqqətə ehtiyac duyan uşaq sizin əlinizdəki bütün işləri kənara qoymağa vadar edən bütün üsullardan istifadə edə bilər. Amma biz işimizə 10 dəqiqə fasilə verib onunla məşğul olacaq səbirə malik deyilik. Çünki həmin iş o an edilməsə sanki dünya dağılacaq.
Uşağınız onu anlamağınızı istəyə bilər: Empati qurmaq işini hər yerdə sınaya bilərik. Partnyorumuzla, iş yoldaşımızla, dostlarımızla. Elə isə haydı vaxtdır. Uİşaqlarımızla da empati qura bilərik. Onlar valideyn olmayıb, amma siz uşaq olmusunuz.
Bəzən də hədəf yoxdur: Çünki o bir uşaqdır. Onda dayanın, dərindən nəfəs alın və 10-a qədər sayın. Əminəm ki, bunu dəfələrlə ya oxumusunuz, ya da eşitmisiniz. Mütləq işə yarayacaq.
Müəllim olmağı qərar verəndə əlimdə stolun ayağının qalacağını heç təsəvvür etməzdim. Sərbəst oyun vaxtı uşaqlar onlarla bağçaya çıxmağımı israrla istədilər. Onlara başımın ağrıdığını söylədim. Təbii ki, oldu müəllim biz getdik söhbəti olmadı. Onlar "Niyə getmirsiniz? Axı, niyə bizim də istədiklərimiz də olmur?"- deyə şikayətlənməyə başladılar. Onlar sakitcə bağçaya niyə getmədiyimi söylədim, yox belə olmadı. Hirslə əlimi stola çırpdım. O an stolun ayağı qırıldı. Direktor içəri girəndə mənim əlimdə stolun ayağı və qarşımda mənə qorxu ilə baxan uşaqlar var idi.
Əsəb elə bu zaman partlayır. Sakitcə bir problemi həll edə bilməməyimizə görə əslində qarşımızdakına deyil, özümüzə əsəbləşərik. Əgər qəzəbinizin öhdəsindən gələ bilməsəniz mənim kimi əlinizdə stol ayağı çaş-baş qalarsınız.