Qadin.NET / Uşaqlıq dövründə "Eşq"

Uşaqlıq dövründə "Eşq"

Uşaqlıq dövründə "Eşq"

 
Leyla: 'Ana bizim məktəbdə çox şirin bir uşaq var, mən aşiq oldum ona, birlikdə həmişə gizlənpaç oynayırıq'.

Əhməd: 'Baxçadakı Ece mənə həmişə yemək edir ana, həm də səninkindən gözəl olur'. 

Məktəb dövrünün başlaması ilə birlikdə bir çox uşaq ana-atasına, bir qız ya da oğlan yoldaşına aşiq olduğunu ifadə edir. Belə bir vəziyyət qarşısında ailələr çaxnaşma içində nə edəcəklərini bilməzlər. Uşağın ifadələrindən yola çıxaraq onun həqiqətən aşiq olduğunu zənn edib vəziyyəti ailə tərəfindən qiymətləndirməyə başlayırlar. Görəsən uşağım erkənmi böyüdü, məktəbdə fərqli bir həyatamı məruz qaldı kimi suallar ailələrin zehinini məşğul edər. 

Uşaqlıq eşqi nədir?
 

Uşaqlıq dövründə "Eşq" 

 

Məktəb əvvəli dövrdə uşaqlar davamlı valideynləri ilə birlikdədir. Lazım olan bütün marağı və sevgini ailələrinə göstərirlər. Ata-ana və digər qohumlar ilə oyunlar oynayarlar,bunula da bütün ehtiyacları ödənilmiş olar. Məktəb dövrünün başlaması ilə birlikdə uşaq ana və atadan uzaqlaşar və fərqli bir mühitə girər. Artıq ana və ata ilə əvvəlki qədər yaxın ola bilməyəcək. Bu halda onlara bənzəyən, onu ailəsi kimi sevəcək və onunla yaxından maraqlanacaq birininə ehtiyac duyarlar. Bu mərhələdə qarşısına çıxan qarşı cinsdən bir yoldaşına bu hisslərini əks etdirir. 

Uşaqlıq dövründə "Eşq"
 
Bu hisslər yetkinlikdə yaşanan eşq hisslərinə bənzəməməktədir. 3-4 yaşından etibarən uşaqlar ətraflarında gördükləri əlaqələri təqlid etməyə başlayırlar. Bir çox şeyi müşahidə edərək öyrənirlər. Bunu ən yaxın uşaqların oynadıqları oyunlardan görə bilərik. Qız uşaqları əksəriyyətlə oyunlarında ana olarlar, körpələrinə yemək yedirərlər və evcilik oynayarlar. Oğlan uşaqları isə xarab olan bir şeyləri təmir etməyə çalışırlar. Uşaqlar televiziyada və yaxın ətraflarında gördükləri hər şeyi model alma meylindədirlər. Yeniyetmələrdə müşahidə etdikləri eşq əlaqəsini də bu şəkildə model alırlar. Beləliklə qarşı cinsdə olan yoldaşı ilə yaşamış olduqları bu yaxın əlaqəni eşq olaraq təriflərlər. İctimai rolları təqlid edərlər və bir şəkildə valideynlərinə və yaxın ətraflarına böyüməyə başladıqlarını göstərməyə çalışırlar.
Uşağın ilk sevgi obyekti, ilk eşqi anasıdır. İctimailəşmə prosesində uşaq anası xaricindəki digər insanları da hiss edir və anaya olan əlaqəsinin xaricində fərqli münasibətlər qurmağa başlayır. Bu müddətdə uşaq öz cinsi şəxsiyyətini; qız ya da oğlan olduğunu hiss edər və buna görə də ancaq oğlan ana ilə, qız uşaqları isə atayla münasibət qurar. Bu dövrdə oğlan uşağı özünü atasının yerinə qız uşağı da özünü anasının yerinə qoyar və bir cür gələcək şablonu hazırlayarlar.
 
Uşaqlıq dövründə "Eşq"
 
Uşağın qarşı cinsdən olan bir yoldaşına əks etdirmiş olduğu bu hisslər əslində birinə yaxın olma istəyi, maraq göstərmə-maraq görmə və sıx yoldaşlıq duyğularını ehtiva edər. Uşaqlar aşiq olmağı yoldaşlarıyla birlikdə oyun oynamaq, onlarla birlikdə vaxt keçirmək və əylənmək olaraq mənimsəyirlər.
Ana-Ata nə etməli? 
Uşağınız yanınıza aşiq oldum deyə gəldiyində vəziyyəti sakitcə qiymətləndirməlisiniz. Uşağa qürur incidici ya da duyğularını incidici sözlər sərf etməməlisiniz. Uşağın yaşına uyğun cavablar verilməli və vəziyyət erotizm edilməməlidir. Uşağın yetkin eşqi sandığı şey uşağın gözündə yoldaşlıq kimi hisslərlə birləşdirilməlidir. Çünki bu yalnız böyümək istəyən bir uşağın qurduğu model və vəziyyəti özünə görə adlandırmasıdır. 'O yoldaşını digər yoldaşlarından daha çox sevdiyini bilirəm, çünki çox yaxşı yola gedirsiz.' Birlikdə bu gün hansı oyunu oynadınız? kimi ifadələrlə uşağın duyğusunu ona sadəcə ifadə etmək lazımdır.

 

4 iyul 2011
GO BACK