Anaların ən çox narahat olduğu məsələlərdən biri uşaqlarınının yemək yeməmələridir. Analar, uşaqlarına yemək yedizdirmədikləri zaman, onların aç qaldığı və lazımınca qidalanmadıqlarını fikirləşib bu vəziyyəti dərd edirlər. Əgər sizin də uşağınız iştahasız və yemək yeməmə məsələsində inadkardırsa, bəzi bəsit və təsirli üsullarla bu problemi aradan qaldırabilərsiniz. İştahasız uşaqlara yemək yedirtməyin 5 yolu:
Az və tez-tez qidalanmasına diqqət yetirin
Uşağınız iştaahsızdırsa, məcbur edib yemək yeməsini gözləməyin. Bu səbəbdən tez-tez az yemək yedizdirin. Gündə 3 əsas yeməyi əvəzinə 5-6 əsas yemək yedizdirin və aralarında dadını sevdiyi qidaları verməyinizdə fayda var.
Yeməklərdən əvvəl su verməyin
Meyvə suyu və ya yalnızca su olsun, uşaqlarınızın əsas yeməklər arasında və əvvəl çox su içməsinə icazə verməyin. Bu vəziyyətdə uşağınızın iştahasının daha da kəsilməsinə səbəb olacağından yemək yemə istəyi azalacaqdır.
Yemək yeməsi üçün məcbur etməyin
Hər uşaqdan verdiyiniz hər yeməyi yeməsini gözləyə bilməzsiniz. Bu vəziyyət uşağınızın məcbur olmasına səbəb olacaqdır. Həm də siz yedizdirməyə çalışdıqca o daha da yeməkdən uzaqlaşacaq. Buna görə cəzalandırma və məcbur etmə kimi üsllardan yeyə biləcəyi, ancaq qida dəyəri yüksək yeməklər tükətməsinə çalışın.
Südün faydalarını sadalayın
Uşağınızın süd içmək istəmədiyi vəziyyətdə ona məcburi süd içirdmək yerinə ona südün faydalarından danışın. Südün ona nə qədər güc verəcəyi mövzusunda deyin. Ayrıca süd içmək istəmyən uşaqlara, meyvəli və ballı südlər hazırlayaraq içməsini daha asan hala gətir bilərsiniz.
Pendiri müxtəlif şəkillərdə yedizdirin
Bir çox uşağın pendir yemə mövzusunda olduqca inadkar olduğunu və pendir yediyində ağzından atdığını görmək mümkündür. Ancaq sadə pendir yedizdirmək yerinə omlet kimi yeməklərin içərisinə pendir qoyduğunuzda uşağınız rahatlıqla pendiri yeyə biləcəyini görəcəksiniz. Ayrıca ağ pendiri sevmirsə, holland pendiri, örgü pendiri də yedizdirə bilərsiniz.