Qadin.NET / Telefonun uşaqlara zərəri

Telefonun uşaqlara zərəri

Telefonun uşaqlara zərəri

 

Günümüzdə telefon uşaq, yeniyetmə və gənclər üçün olmazsa olmaz texnologiya vasitəsidir. ABŞ-da olunan təcrübələrə görə 2010-cu ildə 12 ilə 17 yaş arası uşaqların 75%-i öz telefonlarına sahib idilər.

Uşaqlara telofonların xeyiri kimi zərəri də var. Bir valideyn olaraq uşağınızı ən yaxşı siz tanıyırsınız. Ona görə də öz telefonuna sahib olması üçün düzgün yaşını siz bilərsiniz.

Uşaqlara telefonların xeyrindən biri  təcili vəziyyət olduğunda polisə, yanğın söndürənlə əlaqə qurmasına və ya təcili yardım çağırmasıdır. Digər baxımdan sizə də təcili olaraq danışmaq lazım ollduğunda bir zənglə sizinlə danışa bilər. Hər gün ictimai sahələrdə olan bir çox kədərli hadisə, telefon sahibi olmaq ölüm qalım məsələsi halına gətirilməkdədir. Telefonlar GPS təqibi və təhlükəsizlik tətbiqləri sayəsində də ehtiyac olduğunda uşağlarınızın izlənməsinə köməklik göstərər.

 

Telefonun uşaqlara zərəri

 

Uşaqlların ağıllı telefonu olması, gecikəndə təşvişə düşmədən zəng edib harda olduğunu öyrənə bilərsiniz. Ayrıca, ağıllı telefonlar bəzi məktəblərdə dərs məqsədilə işlədilməyə başlanmışdır. Kiçik uşaqlar üçün öyrədici oyunlar, daha böyük uşaqlar üçün dil öyrənmə üçün çeşid-çeşid tətbiqlər mövcuddur.

Ancaq ağıllı telefonlar olduqca diqqət dağıda bilir. Mesajlaşma, oyun oynama kimi fəaliyyətlər uşağı diqqətini dərslərdən uzaqlaşdıra bilir. Ağıllı telefonların internetə çıxışı və kamera istifadəsi səbəb ilə imtahanlarda köçürmə halları baş verir, bəzən uyğun olmayan şəkillər çəkmək ola bilir.

 Məktəb həyatında böyük bir problem kobudluq və zorbalıq olan səhnələrin çəkilərək, sanal dünyaya yayılması, qurbanın sosial şəbəkələrdə tanınması və müəyyən xoş olmayan rəylərin yazılmasıdır.

Ağıllı telefonların zərəri oluğu kimi, xeyri də var. Bilinçsiz uşaqları telefonların zərərlərindən qorumaq çətindir. Buna görə də, uşağının düşüncəsinə uyğun telefon verə bilərsiniz.

 

 

 

23 iyun 2018
GO BACK