Qadin.NET / Övladınızın dilinin inkişafı üçün nə edə bilərsiniz?

Övladınızın dilinin inkişafı üçün nə edə bilərsiniz?



 
Uşaqla dil məşqi aparmaq mümkün deyil. Dil uşaqlarda davamlı danışmaqla və dinləməklə inkişaf edir. Belə ki, kitablardakı rəsmlərə baxdığı zaman, ya da uşağın xoşuna gələn insanlarla yemək masası arxasında danışdığı zaman dil bilgisi artır. Gündəlik söhbətlər uşaq üçün çox vacibdir. Onunla hər gün gördüyünüz hadisələrdən danışın. Övladınızın sizə verdiyi suallar və bəzi hadisələri sizə danışması sevindirici hal olmalıdır. Uşaq danışmaqla öz fikirlərini sərbəst başa salmağı öyrənir. Onlar səhv etməkdən çəkinmədikləri zaman daha yaxşı öyrənirlər. Hərdən yeni sözlər icad edib dil ilə oynayırlar. Bu çox səmərəli oyundur və diinl inkişafına kömək edir. Bir kəlməni doğru ifadə etmədiyi zaman övladınızın səhvini düzəltməyə tələsməyin. Onların səhvlərini tez-tez düzəltsəniz, gələcəkdə sizlinə danışmaqdan çəkinərlər. Bunu tədricən etmək lazımdır.
Uşaqların dil bilgisini artırmaq və inkişaf etdirmək üçün çeşidli oyunlar mövcuddur.
Bir kitabı yüksək səslə oxumaq, nağıl və hekayələr danışmaq, rəsmlərə bərabər baxmaq, şeir demək və mahnı oxumaq dil tədrisində əvəzedilməzdir. Çalışmaq lazımdır ki, uşaqlar öz fikirlərini sərbəst ifadə edə bilsinlər.
21 iyul 2011
GO BACK