Qadin.NET / Tətildən sonra məktəbə necə alışmalı?

Tətildən sonra məktəbə necə alışmalı?

Tətildən sonra məktəbə necə alışmalı?

Məktəbə uyğunlaşmasını asadlaşdıran üsulları Pedaqoq və Klinik Psixoloq Sevil Yavuz belə qeyd edir:

Şərtsiz sevdiyinizi hiss etdirin

Əvvəlcə uşağınıza şərtsiz sevdiyinizi mesajını versəniz məktəb məsələsində stresi azalacaqdır. Uşağınıza məktəb açılanda “bax bu səfər aşağı qiymət istəmirəm, bu çox vacibdi”  kimi sözlərlə başlasanız uşağınız sadəcə müvəffəqiyyətinin sizin üçün vacib olduğu mesajını alacaq. Halbuki siz uşağınızı şərtsiz sevirsiniz. Müvəffəqiyyətli olsun, ya da olmasın. Lakin bir çox ana, ata bunu davranışları ilə hiss etdirmədiyi kimi fərqində olmadan verdiyi mesaj “səni şərtsiz sevirəm” olur. Bu səbəblə uşağınızın məktəbə başladığı ilk günlərdə məktəbdəki müvəffəqiyyətinə vurğu etməyin.

Empati qurun

Uşağınızla hər məsələdə empati qurmanız çox vacibdir. Siz illik icazənizdən sonra işə geri qayıtdığınızda təkrar iş tempinizə girməkdə çətinlik çəkirsiniz? Uşaqlarınız üçün də eyni şey geçərli bir çətinlik çəkmələri çox normaldı. Uşağınızın yuxu sistemi tətil zamanı dəyişdi. Bu səbəblə də məktəbə təkrar uyğunlaşması biraz zaman ala bilər. Bu məsələdə səbirli olun.

Məktəb məsuliyyəti mövzusunda təziq göstərməyin

İlk həftə uşağınızın məktəbə təkrar uyğunlaşmağa çalışdığı həftədir. Bu həftə uşağın məktəbə uyğunlaşmasını asandlaşdırmaq üçün səy göstərsəniz tətildən məktəbə asan keçid edəcəkdir.

Tətildən sonra məktəbə necə alışmalı?

 

Məktəb alış-verişini birlikdə edin

Uşaqlar üçün çox sevimli məktəb vəsaitləri hazırlanıb. Məktəb ehtiyaclarını, qələm, dəftər və başqa ləvazimatlar almağa gedə bilərsiniz. Beləliklə, uşağınızın məktəb motivasiyasını artıra bilərsiniz. Bunu etmədən əvvəl, evdə bir ehtiyac siyahısı hazırlayın. Bu ehtiyaclarınızı alacağınız yeri müəyyənləşdirin. Alış-veriş edərkən alcağınız əşyaları uşağınızın seçməsinə diqqət edin.

Məktəbə baş çəkin

Məktəb açılmadan əvvəl bir növ məktəbə baş çəkə bilərsiniz. Məktəbin içinə girməyiniz lazım deyil. Məktəbə kənardan da baxa bilərsiniz və ya məktəbin yanındakı parkda da oynaya bilərsiniz.

Tez yat təzyiqi etməyin

Məktəblər açılacağı üçün iki həftədir nizamı pozulan yatmaq saatının bir anda normala çevirməyə çalışmayın. Uşağın məktəbə gedəcəyi axşamdan təzyiq etmək uyğunlaşmasını çətinləşdirəcəkdir. Uşağın yuxu problemı zamanla normallaşacaqdır. Gec yatsa da, tez oyandığı üçün ikinci gün yuxusu tez gələcəkdir.

İlk gün məktəbə siz aparın

Əgər iş saatınızı uyğunlaşdıra bilirsinizsə, uşağınızı ilk gün məktəbə siz aparın. Uşaqlar çətin vaxtlarında ana və atalarını yanlarında görmək istəyirlər. Əgər siz proqramınızı uyğunlaşdıra bilmirsinizsə, onda bu bir qohumunuzdan xahiş edin.

 

10 fevral 2017
GO BACK