Uşaqlarda iştahasızlıq, ailələrin ən çox şikayətçi olduqları mövzuların başında gəlir. Bir çox anadan " uşağım heçnə yemir", " bütün günü heçnə yeməsə, vecinə olmaz" kimi cümlələr eşidirik. Valideynlərin ortaq problemi olan iştahsızlık müxtəlif səbəblərə bağlı olur.
Uşağın orqanizmi
Müəyyən problemlərlə doğulan uşaqların və tez doğulan uşaqların səhəti üçün analar daim narahat olduqlarından körpəni çox yedizdirməyəçalışırlar. Düşünürlər ki, əgər uşaq çox yesə problem həll olacaq.
Qidalanma keçidləri
Körpələrin ana südündən adi qidalara keçidi onlarda iştahsızlıq yarada bilir. Bu cür vəziyyətlərdə uşağın adi qidalara hazır olub olmadığını yoxlamaq lazımdır. Adi qidalara keçmək üçün körpənin başını saxlaya bilməsi və rahat otura bilməsi lazımdır. Körpələri adi qidaya öyrədərkən çox duzlu, turş və kəskin qoxulu olmaması lazımdır.
Mexanik bəsləmə
Körpə bəslənməsindəki uyğun vaxt fasilələri və miqdarını aylara görə dəyişir. Uşaqda aclıq əlamətləri olmadan onu yedizdirmək bəzən zərərli olmalıdır.
Təbii səbəblər
Uşaqlar tez-tez xəstələnir. Belə zamanlarda iştahanın azalması normaldır. Bunu göz ardı etməmək lazımdır. Bəzən uşağı yeməyə məcbur etmək onu yeməkdən soyuda bilər. Bu vəziyyətin keçici olduğunu unutmamaq lazımdır.
Travmatik səbəblər
Uşaqları yemək yeməyə məcbur edərkən, hər hansı fizik zədə alması onlarda travma yarada bilər. Buna görə ehtiyatlı olmaq lazımdır.