Dayəni seçərkən diqqət edilməsi lazım olan ən əsas şey əvvəl işlədiyi insanların fikirlərdir. Başqalarından soruşduğunuz zaman yaxşı cavab almadınızsa, onu işə götürməsəniz yaxşı olar.
Davamlı olaraq telefona baxırsa...
Hamı sevdikləri ilə əlaqə saxlamaq, sosial mediyada olmağı xoşlayır. Ancaq uşağınız yerdən götürdüyü çöpü yeyərkən, parkdan uzaqlaşarkən dayənin telefonla oynaması riskli ola bilər.
Tərbiyə üsulu fərqlidirsə..
Ona uşağınız səhv hərəkət etsə, necə reaksiya verəcəyini soruşun. Verdiyi reaksiyanın sizi narahat edib etmədiyini düşünün.
Çox ciddirsə..
Bir dayədən gözlədiyimiz, uşağı təmizləməzi, qidalandırması və planlı olmasına kömək etməsidir. Ancaq yaxşı bir dayə, bəzən uşaqla gülməyi də bacarmalıdır.
Kifayət qədər ciddi deyilsə..
Saatlarla cizgi filmi izləməyinə icazə verdiyi üçün, ətrafı dağıtmağa icazə verdiyi üçün uşağınız dayəni çox sevə bilər. Ancaq ev qaydalarına riayət etmirsə, ömrü çox uzun olmayacaq.
Gözlədiyiniz fərqlidir.
Sizin qaydalara uyğun qaydaları yoxdursa, onsuz sizin üçün düzgün seçim deyil.