Qadin.NET / Yeni doğulan körpə ilə təmas

Yeni doğulan körpə ilə təmas

 

Yeni doğulan körpə ilə təmas

 

Sevgi hər bir canlının ehtiyacı olan ən əsas nəsnədir. Gələcəyimizi müəyyən edən bu duyğu ilə böyüyən uşaqlar, daha sağlam xarekterə malik olurlar. Sevgi uşaqlarda körpəlikdən aşılanmalıdır. Bunu valideynləri aşılamalıdır. Buna görə də ana-körpə təması önəmlidir.

Aparılan araşdırmaların bir çoxu sübut etmişdir ki, körpə doğulduğu an anası ilə təmasda olmalıdır. 

 

Yeni doğulan körpə ilə təmas

Anaya bağlanma və bütünləşmə

Bir psixiatrın bağlanma teorisinin ən əsas qaydası belədir: bağlanma doğumdan etibarən ilk olaraq ana ilə başlayır.

Hər canlının ehtiyac duyduğu bir duyğu olan bağlanma; dəri və ya bədən təması, qoxulama, görmə, dadma, eşitmə kimi, sevgi və ya qorxu kimi duyğularla, düşüncələrlə və xatirələrlə forma alır. 

Yeni doğan körpə üçün dəri təması, süd əmmək, ananın qoxusunu hiss etmək, göz təması qurmaq ilə başlayan bu münasibət ananın səsini və söylədiklərini anlaması və hiss etməsi ilə davam edir. 

 

Yeni doğulan körpə ilə təmas

Hamiləlikdə başlayan münasibət, doğumla davam edir..

Bilindiyi kimi,  ana qarnındakı körpə, ananın psixoloji vəziyyətinə, danışığına reaksiya verir. Doğumdan sonra ana ilə körpə arasında qurulan göz və dəri təması önəmlidir. Süd əmmək, uşaqda yaxınlıq və güvən duyğusunun əsasını qoyur. Aparılan araşdırmaların birində uşaq əmizdirən anaların gözlərinə maska taxılır və maskataxılan zaman körpələr az süd əmiblər və narahat olublar. 

Yeni doğulan körpə ilə təmas

Uşaqlarını qucaqlayın!

Sevgi ilkin uşaqlıq illərində əsası qoyulan və daha sonra fərqli forma alan duyğudur. Uşaqların bütün həyatına təsir edən bu duyğunun əsası ana ilə münasibətdə qoyulur. Ana sevgisindən məhrum böyüyən uşaqların gələcək həyatı bundan təsirlənər. Buna görə uşaq, ayrılma kimi vəziyyətlərdə stressə düşər, həyatı boyu tərk edilmə qorxusu yaşayar. Uşağınızın yaxşı həyat qurmasını istəyirsinizsə, onlara sevginizi göstərməlisiniz. Dəri təması ilə keçən sevgi uşaqlar üçün ən dəyərli duyğudur. Buna görə də səhər ayılanda, gecə yatmadan əvvəl onu mütləq qucaqlayın.

Nevroloq Dr.Mehmet Yavuz

 

 

24 yanvar 2017
GO BACK