Uşaqlar yumşaq gilə bənzəyir. Şəxsiyyətlərini valideynlər asanlıqla formalaşdıra bilər. Uşaqlar nə vaxt ki, ifadələri dərk etməyə başlayır, beyinləri sorucu qabiliyyətə malik olur. Ona görə o vaxt onların formalaşmasında iştirak etmək lazımdır. Bir müddət sonra, yumşaq gil sərtləşir. Sonradan dəyişiklik etmək çətin olur. Ekspertlər bildirirlər ki, uşaqları formalaşdırmaq üçün əvvəlcədən ləvazimatlarınızı hazırlayın, onları vaxtında müsbət işlərə yönəldin.
Güzgü effekti
Uşaqlar çox vaxt valideynlərinin sözlərini, davranışlarını təkrarlayırlar. Düzgün olmayan nəsə deyin, sizin uşağınız bunu tez tutacaq. Ona görə də, sözləri ehtiyatla işlətməyi öyrənin. Uşağınızın yanında yaxşı sözlər danışın, düzgün davranışlar sərgiləyin. Xüsusilə, qeyd etmək istəyirəm ki, ailə üzvləri ilə, dostlarla və ətrafınızdakı uşaqlarla nələrisə bölüşün. Bunun sayəsində, uşağınız paylaşamağı öyrənəcək. Unutmayın, siz uşağınızın düşüncələrinin güzgüsünüz.
Sərt olun
Valideynlər eyni zaman həm nəzakətli, həm də sərt olmağı bacarmalıdırlar. Uşağınıza sizin "Yox" sözünüzə hörmətlə yanaşmağı öyrədin. Başlanğıcda uşağınız sizin səbrinizi yoxlaya bilər. Uşağınızın hər istəyini yerinə yetirməkdən qaçın. Belə situasiyalarda sakit qalmağı bacarın. Qəbul olunmayan davranışları başa düşdüyünə əmin olun. Əgər uşağınız sizinlə kobud danışırsa, ona belə deyin "mən həqiqətən pis oldum". Əgər uşağın istəkləri elə də önəmli deyilsə, ona icazə verə bilərsiniz.
Təqdir etməyi unutmayın
Bəzən uşağı təqdir etməyin uşağı təkkəbürlü etdiyini düşünürlər. Bu həmişə doğru deyil. Uşaq psixoloqları valideynlərə bildirirlər ki, gündə ən azı 6 dəfə tənqidə qarşı çıxın. Uşağınızı təqdir etməyi və qucaqlamağı gecikdirməyin. Təqdir çox vaxt uşaqlara onlardan gözlənilən davranışı tanımaqda kömək edir.
Müsbət bədən dilindən istifadə edin
Uşaqlarda müsbət davranışlar aşılamaqda, bədən dilinin təsirini unutmaq olmaz. Uşaqla danışarkən göz təması qurun. Əllərinizi bir-birinə kilidləməyin.
Sadə tapşırıqlar verin
Uşağa sadə işləri tapşırın. Məsələn, geyimləri səliqəli yığmaq kimi, süfrə qurmaqda sizə kömək etmək kimi. Bu uşağa yeni bacarıqları öyrənməkdə və inkişaf etdirməkdə kömək edəcək. Verilən işi yerinə yetirdikdən sonra, ona afərin deməyi unutmayın. Bu uşağa məsuliyyətli olmağı öyrədəcək.
Sosial bacarıqlarını inkişaf etdirin
Uşağı yay düşgələrinə göndərin, yaxud yeni hobbilər qazandırın. Bu ona insanlarla əlaqə qurmaq bacarıqlarını aşılayacaq. Ona dinləmək, bölüşmək, cəmiyyət içində müsbət davranışlar sərgilməyi öyrədin. Bununla, onlar digərlərinə hörmət etməyi öyrənəcəklər.
Sağlam ünsiyyəti həvəsləndirmək
Bəzən uşaqların istəklərini yerinə yetirməyəndə agressiv davranışlar sərgiləyirlər. Bu zaman onunla açıq ünsiyyət qurun. Ünsiyyət zamanı onu açıq-aydın başa salmağa çalışın. Onun bacarıqlarını göz ardı etməyin.
Verdiyiniz sözləri tutun
Uşağa verdiyiniz sözləri tutmağa çalışın. Söz verərkən, yerinə yetirib-yetirməyəcəyinizi nəzərə alın. Heç vaxt dərslərini yaxşı oxusa, yatağa vaxtında getsə, ona hədiyyə alacağınızla bağlı söz verməyin. Bunu etsəniz, zamanla uşağın istəkləri və tələbləri artacaq. Bunun yerinə etməli olduğu işlərin əhəmiyyətini ona başa salmağa cəhd edin.
Tərcümə edən: Aidə Ustaclı
Mənbə : http://www.buzzle.com/articles/how-to-encourage-positive-behavior-in-children.html