Emosional zəkanı necə inkişaf etdirmək olar?
Emosional zəka(EQ-Emotional Quotient)-maneə və çatışmazlıqları dəf etmək,ruh halını tənzimləmək,özünü başqasının yerinə qoymaq,hissləri idarə etmək bacarığıdır.Son 21 ildə emosional zəka anlayışı çox dəb halına gəlib.Emosional zəka 4 sahədə təyin oluna bilər:duyğuları qəbul etmək,istifadə bacarığı,başa düşmək.idarə etmək.
Yəni emosional zəka yüksəkdirsə,bu dörd sahədə müvəffəqiyyət qazanmaq şansı da yüksəkdir.
Uşağınız əsas-əsəb,xoşbəxtlik,kədərlənmək,qorxu,qısqanclıq,utanma,sevgi kimi hissləri iki yaşından öyrənməyə başlayır.Uşaqlarda oxumaq ,tanımaq bacarığı uşaqlarınız böyüdükcə inkişaf edir və artıq 10 yaşına çatanda ,hissləri formalaşır.Unutmayın ki,emosional zəka anadangəlmə deyil və təcrübə ilə qazanılır,inkişaf etdirilir.Bu səbəbdən də uşağın emosional zəkasını inkişaf etdirmək valideynlərin üzərinə düşür.
Ailənin vəzifələri
Emosional zəkanı inkişaf etdirməyin ən əsas yolu,uşağının körpəlikdən etibarən fiziki(əmizdirilməsi,altının dəyişdirilməsi kimi)və duyğusal (toxunma,lay-lay çalmaq,danışdırmaq kimi)ehtiyaclarını qarşılanmasıdır.Körpənizin sizə etibar etməsi,inanması üçün onun sizin üçün necə bir dəyərli varlıq olmasını xatırladın.Uşağınızın hisslərini ifadə etməyə imkan verin.Psixoloqlar bildirirlər ki,öz hisslərini düzgün ifadə edə bilməyən ,başqalarının hisslərini düzgun qiymətləndirə bilməz.
-Gündəlik həyat duyğularını ifadə edən sözləri tez-tez işlədin.Emosional zəkanın inkişaf etdirilməsinin digər bir yolu-mütaliədir.Balacalar çox zaman oxuduqları kitablardakı qəhrəmanlara özlərini bənzətməyə çalışırlar.Onlara nağıl qəhrəmanların keçirdikləri hisslər maraqlı olur.
Emosional zəkanı yüksək olan insanlar həm ictimai əlaqələrdə daha bacarıqlı,psixoloji olaraq daha sağlam və güclü olduqlarını sübut ediblər.