Uşağınıza zaman nəzarətini öyrətmək.
Zaman nəzarəti daha çox iş həyatında yetişkinlər üçün üzərində durulan bir mövzu olmasına baxmayaraq, uşaqlara erkən yaşlardan qazandırılan planlama və təşkilatçılıq bacarıqlarının təsiri böyük olur. Uşağınıza öyrədəcəyiniz vaxt planlaması ilə ona həyat üçün vacib bir vasitə təqdim etmiş olacaqsınız. İrəliləyən vaxtlarda məktəb çalışmaları ilə şəxsi işlərin, ailə vaxtı ilə sosial vaxtı toqquşduğunda uşağınız gərginlik yaşamadan bu fəaliyyətləri nizamlaya biləcək bacarığa sahib olur. Gərgin bir həyatda uşaqlar məktəb, ev və sosial sahələrdəki məsuliyyətlərini və fəaliyyətlərini nizamlamaqda çətinlik çəkərlər. Uşaqlar sadəcə vaxtı planlamağı deyil, vaxtı da daha əlverişli istifadə etməyi öyrətdiyimizdə onlara həyat boyu fayda verəcək bir bacarıq qazandırmış oluruq. Bu bacarığı qazanmaq hər uşaq üçün asan olmur ancaq səbrli və tutarlı olduğunda hər uşaq bu bacarığı mənimsəyə bilir. Məktəbdən əvvəllki dövrdə vaxtı idarə etm-evinizdə mütləq təqvim və rəqəmləri böyük asan görülə bilən olan saat olsun. İstəsəniz, uşağınızla hər ay üçün öz təqviminizi düzəldə bilərsiniz.
Uşağınızla o həftə içində olacaq əlamətdar günləri (ad günü, gəzinti günü, film və b) işarətləyin, rəsm çəkin. Uşağınız hər səhər –axşam keçən günün üzərinə bir “x” çəkə bilir, qalan günün sayına baxa bilir. Bütün bu fəaliyyətlərdə uşağınıza yoldaşlıq edin. Uşağınıza səhər qəhvəaltısında o günə nələr planladığınızı anladın. Uşaqlar önlərini gördüyündə daha nizamlı və sakit olarlar, eyni zamanda bu açıqlamalarla günü planlamağı, fəaliyyətləri sıralamağı öyrənirlər. Məsələn: qəhvəaltıdan sonra geyinib çölə çıxacağıq. Parka gedib orda bir az vaxt keçirdikdən sonra günorta yeməyi üçün evə dönəcəyik. Günorta yuxundan sonra baban bizə gələcək. Uşağınızın vaxt qavramasını yaratmaq üçün mütləq səhər, günorta, axşam, sonra, əvvəl kimi anlayışları istifadə edin. Sonra-əvvəl anlayışını istifadə edərkən uşağınızın bildiyi bir fəaliyyət ilə birləşdirməniz faydalı olacaqdır. (günorta yeməyindən sonra, yatmadan əvvəl və s.) Uşağınızla sərhədli bir vaxtda bir fəaliyyət başlayacaq, bitəcəksə mütləq vaxtı saat üzərindən göstərin. Misal göstərsək; 10-da evdən çıxmamız lazımdır. Bax 10-nun üstünə avtomobil şəkili qoydum bu evdən çıxacağımız vaxtdır. Bu kiçik əqrəb avtomobilin üzərinə gəldiyində ayaqqabılarını geyinmiş bir şəkildə evdən çıxmağa hazır olmalısan. Beləliklə, uşağınız saatı idarə edərək zamanını yavaş-yavaş nizama salmağı öyrənir. Bu üsulu bir çox fərqli sahədə istifadə edə bilərsiniz; valideyninin işinin bitməsini gözləyərkən, kitab oxuma saatı, evdən çıxma saatı, nənənin gəlmə vaxtı və b. Məktəbli uşaqlarda vaxt idarəsi- bu yaş dövründəki uşaqların vaxt anlayışı əvvəlki inkişaf mərhələsinə görə daha inkişaf etmişdir. Uşağınızla gün ərzindəki vaxtları, o gün ərzində nə qədər çox fəalliyətdə olacağınızı, fəaliyyətini tamamlamaq üçün nə qədər vaxta ehtiyacı olacağını müzakirə edə bilərsiniz. Uşağınıza bir dəftərçə alıb tarix-gün yazıb qeydlər tuta bilər. Uşağınızın tapşırıqlarını, layihələrini, vacib günləri, gəzintiləri, doğum günlərini bura qeyd etməsinə köməklik göstərin. Bəzi uşaqlar üçün otağına böyük aylıq təqvim asmaq qeydlər aparması üçün daha səmərəli olar. Uşağınıza dəftərçəsinə, təqviminə o gün üçün planlaşdırdığı fəaliyyətləri, etməsi lazım olanları vaxtları ilə yazmasına kömək edin.
İşini tamamladığında isə nə qədər vaxt getdiyinə baxın və təxmini ilə qarşılaşdırın. Bu sayədə uşağınız müəyyən fəaliyyətləri etmənin nə qədər vaxt apardığını öyrənir, mənimsəyir. Uşağınıza əvvəlcə müəyyən etməyi öyrədin. Etməsi lazım olan və etmək istədiklərini ayrıd etməyi ona başa salın. Hər şeyi bir anda düzgün bir şəkildə etməyəcəyini, ilklər sırası etməyinin vacibliyini ona izah edin. O gün və ya o həftə edilməsi lazım olanları, etmək istədiklərim deyə bir siyahı hazırladıqdan sonra edilməsi vacib olanlara bir ulduz, etmək istədiklərinə bir gülən üz smaylı qoyaraq əsas olanı müəyyən etməyi öyrənə bilər. Bütün yaş qrupundakı uşaqlar üçün; vaxt verin. Uşağınıza edilməsi lazım olanı o anda söyləməyin. 5-10 dəqiqə əvvəl bir xatırlatma edin. Məsələn, şam yeməyini 10 dəqiqə sonra yeyirik. Bu sayədə uşağınız o anda etdiyini tamamlaya bilir, zamanını idarə etməyi öyrənir. Yaxşı bir nümunə olun. Zamanlama mövzusunda və zamanınızı əlverişli istifadə etməydə uşağınıza yaxşı örnək olun. Uşağınızı vaxtında məktəbə aparın, məktəbdən vaxtında alın. Söz verdiyiniz saatlara sadiq qalmağa çalışın. İşə gedərkən gecikdim təlaşını, çatdırmadığınız bir layihə ilə bağlı nigarançılığınızı uşağınızın önündə yaşamamağa diqqət edin. Uşağınız vaxta nəzarəti yaxşı etmədiyində nəticələrini uşağınızın yaşamasına fürsət verin. Uşağınıza tapşırıq vaxtını əlverişli istifadə etmədiyində etmək istədiklərinə daha az vaxtının qaldığını ona izah edin.