Qadin.NET / Övladlarımıza söylədiyimiz yalanlar

Övladlarımıza söylədiyimiz yalanlar

 

Övladlarımıza söylədiyimiz yalanlar

 

Canını qurtarmaq yalançılığın bir başqa amillərindəndir
Yalanın amillərindən biri başqa birisinin əlindən canını xilas etməkdir. Məsələn, övladımız bizə deyir ki, o oyuncağı istəyirəm. Biz də deyirik ki, satılıq deyil.
Yaxud qızımız filan gəlinciyi istəyir. Biz isə deyirik ki, əl vurma, cərəyan vurar.
Yaxud şuluq salan övladlarımıza deyirik ki, filankəs gəlib səni aparacaq. Halbuki belə bir şey yoxdur.
Yaxud onların verdiyi suallara cavab verməyə hövsələmiz çatmır və deyirik ki, bilmirəm.
Bu cür misalları uzada bilərik...

 

Övladlarımıza söylədiyimiz yalanlar

 

Abdullah ibn Amir deyir: Bir gün anam Peyğəmbəri evə dəvət etdi.Mən orada durmuşdum. Anam (hansı ki, mənim orada olmağımı istəmirdi) məni çağırdı və dedi: Abdullah, bura gəl, sənə bir şey verəcəyəm.
Peyğəmbər dedi: “Ona nə vermək istəyirsən?”

 

Övladlarımıza söylədiyimiz yalanlar

 

Dedi: Ona xurma vermək istəyirəm.
Allah Rəsulu buyurdu: Bil ki, sən əgər ona heç nə verməsən, sənə yalan yazılacaq.
Mənbə: “Kənzül-Ummal fi Sünənil-Əqval vəl-Əf`al”, c.3, s.1137, h.3243.

26 oktyabr 2016
GO BACK