Qadin.NET / Öyrəşmək tərzi və öyrəşmək problemi

Öyrəşmək tərzi və öyrəşmək problemi

Öyrəşmək tərzi və öyrəşmək problemi

Öyrəşmək tərzi və öyrəşmək problemi

Daha öncə də dediyimiz kimi, uşaq və ana, yaxud onun baxıcısı ilə arasında üç cür öyrəşmək forması var. Bunlardan ilki daha sağlam olan güvənli bağlanma formasıdır. Güvənli öyrəşmək özəlliklə körpə 0-2 yaş aralığında eyni adamla, ən azından bir valideyinlə formalaşan bir hissdir. Əgər ana körpə hər ağladığında yanında olursa, uşaq yatanda və duranda ana görürsə bu sağlam bağlanmaqdır. Əvvəl də qeyd etdiyimiz kimi körpələrdə şüur olmur. Baxıcılar tez-tez dəyişsə körpə təkrar-təkrar özünü tərk edilmiş kimi hiss edər. Bu baxıcılardn biri uzunmüddətli qalibsa uşaq ona daha həssaslıqla bağlanır və o olmayanda gərginləşir. Güvənli bağlanmada isə körpələr bunu etmir. Aparılan araşdırmalara görə 1 yaşındakı uşaqlar sosial bir ortama girərkən rahat gəzir, arada dönüb anasına baxsa da yenə müstəqil surətə gəzişir. Güvənli bağlılıqla böyüyən uşaqlar gələcəkdəki münasibətlərində də bunu büruzə verirlər. Həyat yoldaşlarından ayrılandan sonra çox ağır vəziyyətə düşməzlər, öz həyatlarını münasibətlərindn aslı olmadan qaydasında yaşaya bilirlər. Mütəmadi tərk edilmə, rədd edilmə hissi ilə mübarizə aparmaq məcburiyyətində qalmazlar. Özlərini arxa palanda qalma kimi təsəvvür etməzlər. Münasibətlərindəki problemləri soyuqqanlılıqla dəyərləndirib məntiqli nəticə çıxararlar. Özünə və həyat yoldaşına eyni hüquqları layiq görürlər. Bunun tərsi olan güvənsz bağlanma (qayğılı bağlanma)ciddi bir vərdiş problemidir. Körpənin ana qayğısına möhtac olduğu 0-2 yaş arasında ananın varlığı və yaxud yoxluğu uşaq üçün təhdid rolu oynayır. Ananın nə zaman gələcəyi, nə zamna gedəcəyi, nə zaman baxıcının onu əvəz edəcəyi bəlli deyil. Güvənsiz öyrəşmək problemi olan körələr ana geri gəldiyində qaçıb ona sarılır, ona yapışır daha sonra isə onu itələyir, vurur, tüpürü və s kimi neqativ rəftar sərgiləyir. Daha gələcəkdə münasibətdə olduğu adama uzaqdan sevmə, qayğı göstərmə, yaxına gəldikdə isə acılama, incitmə kimi özünü göstərir. Qayğılı bağlanma münasibətində uşaq, anası qədər heç kimə də inanmır. Böyüdükdən sonra da hər ortama, hər kəsə, hətta bütün dünyaya belə inamsız yaşayır. “mənə də inanmayacaqsan!” termini kimi.

Öyrəşmək tərzi və öyrəşmək problemi

Bu mövzunu belə bir formaya salsaq: bir terapistə getdiyinizi düşünün, ona güvəndiniz ən önəmli problemlərinizi paylaşdınız bir həftə sonraya görüş təyin etdiniz və bir həftə sonra gedəndə o həkimin yerində başqasının olduğunu gördünüz. Yaxşı deyək ki, ikinci terapistə də bir şans verdiniz, ona hiss və düşüncələrinizi paylaşdınız. Ona da bağlandınız. Yenə görüş təyin etdiniz növbəti dəfə gələndə o həkimin də yerində lap əvvəlki həkimlə qarşıəlaşdınız. Bu vəziyyətdə nə hiss edərsiz? Köhnə terapistə, yeni terapistə və ortama olan güvəniniz hansı səviyyədə olardı? Bu misaldan yola çıxsaq uşaq üçün belə vəziyyət daha vahiməlidir. Çünki vərdiş edir. Anasıyla özünü bir bədən zənn edir. Özü və başqaları ilə bağlı heç bir bağlantısı yoxdur anasından başqa. Güvənsiz bağlanan şəxslər böyüdüyü zaman inam problemi yaşayır. “Bağlanaram amma birdən o getsə?, məni tərk eləsə? Məni bu axşam axtarmayıb, artıq məni sevmirmi?” kimi bir yığın sorğu-sual ilə yaşayarlar. Uşaq iki yaşdan sonra başa düşür ananın yaxud baxıcının fasiləsiz olub-olmadığını. Sağlam şəkildə öyrəşən uşaq 2 yaşdan etibarən ana bir yerə gedəndə qayıdacağını qavrayır. Burda ciddi bir ayrılıq hissindən söhbət gedə bilməz. Amma bağlanma forması qayğılıdırsa bu zaman ikinci bir sağlıqsız vərdiş forması yaranar. Buna da çəkingən bağlılıq deyilir. Çəkingən bağlanma forması yenə də qeyr-sağlam bir vərdiş formasıdır. Körpə ana yoxkən heç bir reaksiya göstərmir, ağlamır. Ana gəldikdə ona yaxın getmir. Yoxmuş kimi davranır. Göz təması qurmaz və rəftarında əsəbilik görünür. Bu vərdiş böyüdükdən sonra belə bir şəkildə özünü büruzə verir: yoldaşının varlığı və yoxluğuna laqeyidlik, diqqətsizlik və ümumi olaraq əsəb hissinin hakim olduğu münasibətlər. Əsəb bu münasibətin ən önəmli hissi olur. Yoldaşın yoxluğunda başdansovduluq meydana çıxar. Varlığı ilə maraqsız, getmək istədiyində isə əsəb reaksiyaları verən insan kimi formalaşırlar.

Öyrəşmək tərzi və öyrəşmək problemi

Mən və o anlayışı bağlılıq münasaibətiylə inkişaf edən bir anlayışdır. Güvənli vərdişdə insan özünü önəmli görür, və digərlərinə güvənir, özünü sevilən və qəbul edilən qavrayıb, dünyanı güvənli bir yer kimi qəbul edib, özünü kənar dünyaya sərhədsiz buraxar. Öz fikir və hisslərini paylaşmağa həvəsli olur. Tərkedilməkdən qorxmazmünasibətin bitə biləcəyini fəlakət halına salmaz. Münasibət bitsə də bunu özünün dəyərsizliyi ilə əlaqələndirməz. Təbii bir prosses kimi yaşayar. Özünə “gözəl deyiləm, sevilmirəm, tərk ediləcəm” kimi sözləri, fikirləri yaxın qoymaz. Hər zaman ümidlidirlər. Hər şeyin yaxşı tərəfindən görməyə çalışar. Münasibətləri sadəcə təbiətin bir qanunu kimi qavrayıb, ölüm-dirim məsələsinə çevirmirlər. Bağlanma problemi olan insanların münasibətlərində nə kimi problemlər özünü göstərir? Münasibəti necə təsirləndirir? Əgər çəkingən bağlılığa sahib birisizsə özünüzü hərtərəfli bir şəkildə təhlil edəcəksiniz. Bir müddət sonra heç kimə ehtiyac olmadığını deyib bütün münasibətlərinə son qoyar. Özləri kiməsə bağlanmadıqları kimi, kiminsə də onları sevib bağlanmağına istiqanliliqla baxmırlar. Bu vəziyyət peşəkar terapestlər tərəfindən nəzarətə götürülməlidir. Yetişkin dövrdə bağlılığın bie növü də ifrat şəkildə birinə bağlanmaqdır. Bu insanlar öz şəxsiyyətlərini dəyərsiz bilib digər varlıqla özünü var edər. Bu problemlər adətən qadınlarda rast gəlinir. Lakin son zamanlar kişilərdə də mövcuddur.

25 iyul 2016
GO BACK