Vərdiş çatışmazlığı nədir və münasibətləri niyə bitirir? Vərdiş çatışmazlığı neçə illərdir klinki və laborotoriya çərçivəsinə araşdırılan mövzulardan biridir. Bağlanmaq insan insanövladında yaranan ilk hiss-davranışdır. Körpə 0-2 yaş aralığında fiziki, hissi və zehni baxımdan en inkişaflı vaxtında olur. Bu dönəmdə ona baxan insan- ki bu da adətən ana olur- ehtiyyaclarına görə vərdiş etmələri qaçılmazdır. Bu vərdiş vaxtı ona baxan anayla qurduğu münasibət körpənin fiziki və zehni inkişafı üçün çox önəmlidir. Bu bağ uşağın xarakterini formalaşdırmasına və həyata hazırlamağa təkan verir. Bu nöqtəyə bəlkə də bütün vərdiş çatışmazlıqlarındakıi kilit nöqtəsi demək olar. Vərdişlə bağlı ilk araşdırmalar John Bovlby və dostları tərəfindən aparılmışdır. Buna görə də uşaq və anası arasında üç cür vərdiş növü təyin edilmişdir. Birn insanın yetkin çağında başqaları ilə quracağı münasibətin təməlində körpə vaxtı anası ilə qurduğu münasibət dayanır. Buna görə də ilk incələyəəcəyimiz bağlama şəkli güvənli vərdişdir.
Güvənli vərdiş nədir, nə üçün lazımdır?
Ana və uşaq arasındakı sağlam, isti duyğuların ifadəsi, özəlliklə stress qorxu anında ananın uşağa ötürdüyü hissiyatlı, fiziki, sosial dəstək vərdişi inkişaf etdirir. Uşaqlarda yaddaş müntəzəmliyi yoxdur. Hər hansı bir əşayayla oynadığında o əşyanı az sonra görərsə az əvvəl etdiklərini xatırlamır. Bu məsələ ona baxan ana üçün də keçərlidir. Ananın ortadan itməsi, körpə ağlayarkən yanında olmaması, fərqli baxıcıların varlığı, ananın kədərli olması, uşağın qayğısını çəkməkdə həvəssiz olmağı bütün bunlar körpəyə güvən hissini verməməyə səbəb olur və sevgi hissinin tamamilə yox olmasına, tərk edilmişlik hissinin yaranmasına yol açır. Bu da güvənsiz vərdişi yaradır. Bu şəkildə bağlanan yəni sağlam olmayan formada bağlanan körpələr böyüdükdən sonra vərdiş çatışmazlıqı, buna bağlı olaraq da xarekter zəifliyi yaşaya bilərlər.
Ana və körpə arasında güvənli vərdişi yaradan davranışlar
Vərdişi yaradan ilk işarə süd əmməkdir. Körpələr bu hərəkəti sadəcə ac olduqları üçün tələb etmirlər. Bunu qorxu və həyəcandan uzaqlaşmaq, ananın varlığını hiss etmək üçün də tələb edirlər. Ana və özünü tək bir varlıq kimi başa düşüb ananın varlığı ilə bütünləşir. Günümüzdə bu ehtiyac kifayət qədər ödənilmir. əmzik, barmaq əmməklə uşaqlar bu vərdişlərini yaşayırlar. Digər bir davranış toxunmaq və təmasdır. Aparılan araşdırmalara görə anaları olmayan, ölən və ya toxunulmayan körpələr inkişaf geirliyi sərgiləyir və ya həyatlarını itirir. Körpə üçün toxunulnaq həyat və ölüm arasında çox incə bir çizgidir. Körpə toxunluduğunda qayğıdan uzaqlaşır. Sevilən bir varlıq olduğunu, özəl olduğunu anlayır və özünə toxunan insana bağlanır. Körpə vaxtı bu qayğıdan uzaq qalan şəxslər böyüdükdən sonra da toxunulmaqdan xoşları gəlmir. Nə də kiməsə eyni qayğını göstərə bilmirlər. Özlərinəməxsus bir abu-hava içində yaşayırlar və bu əraziyə başqalarının çox da daxil olmağını heç sevmirlər. Çox toxunulmuş körpələr isə böyüdükdən sonra bununla bağlı bir sevgi dili inkişaf etdirirlər və bunu paylaşırlar.
Göz təması qurmaq vərdişi yaradan digər bir vasitədir. Əgər ana uşağla göz təması qurmursa bu uşağa pis təsir edir. Bu ana və körpə arasında sağ beyindən sağ beyinə duyğu ötürülməsinin ən önəmli vasitəsidir. Bu mövzuda aparılan araşdırmalar uşağın anadan göz təması və toxunma ilə ünsiyyət qurduqlarında uşaqların güclü pozitiv, həssas reaksiya verdiyi təyin edilib. Analar göz təması qurmadığılnda isə bir müddət sonra körpənin anaya heç bir reaksiya vermədiyi məlum olmuşdur. Gülümsəmə rəftarı körpə üçün sağlam bağlanma vərdişi yaradan digər önəmli amildir. Uşaqlar böyüklərin bu davranışına qarşı müsbət beyin inkişafı əldə etmiş olurlar. Ağlama davranışı körpələrin sadəcə ehtiyaclarını ödəməyə yönəlik bir addım olmayıb, eyni zamanda həssas ehtiyaclarını da ifadə etmək üçün bir vasitədir. Uşaq hər hansı bir fiziki ehtiyacı olmadan ağlayırsa bu onun duyğusal baxımdan valideyninə ehtiyacı olduğu anlamına gəlir. Ananın varlığı mütəmadı olmasa, o uşağa hə zaman fərqli baxıcılar baxırsa onun ağlaması ayrılıq hissinin siqnalın verir.