Qadin.NET / Uşağı gələcəyə sağlam hazırlayaq (2)

Uşağı gələcəyə sağlam hazırlayaq (2)

Uşağı gələcəyə sağlam hazırlayaq (2)

6. Təhlükəli bir fikir

Bəzən gənclər imtahan düşüncəsinə qarşı didişir, imtahan olmasaydı həyat çox gözəl olardı deyə fikirləşirlər. Imtahansız bir gələcək xəyal edirlər. Imtahanın mənasız olmasına dair bir qənaətə gəlirlər. Ana və ata bu düşüncələrə bəzən içdən-içə, büruzə vermədən qatılır. Bəzən açıq aydın dəstək verir. Həqiqətən onlar üçün bütün problem imathanlardır. Imtahan olmasa heç bir problem də olmayacaq. Qısacası, kənardan bir düşmən yaradırlar. Halbuki, həyatda bir çox imtahanla qarşılaşırıq. Bəlkə hamısı qələm kağızla yaradılmır amma hamısı bir baxımdan imtahandır. Çünki mübarizə aparmaq, əmək xərcləmək, beyin yormaq lazımdır. Çətinlik çəkmək olmaz, uzanıb yatmaq olmaz, hökmən əlləşib-vuruşmaq gərəkdir. Mən məktəb mərhələsinin bir çox istiqamətdə yetişkin həyata hazırlıq mərhələsi olaraq görürəm. Məktəbdə öyrənmək vaxtı, sosial ortam və uşağın iç dünyasında yaşadıqları bəzi gələcək işarəsidir.  

Uşağı gələcəyə sağlam hazırlayaq (2)

7. Atanın davranışı çox əhəmiyyətlidir

Bir ümumiləşmə aparsaq əgər, ailələrdə uşağın məktəb məsələləri ilə bağlı daha çox ana məşğul olur. Halbuki ata məktəblə başlı mövzulara geniş diqqət ayırmalıdır. Hətta oğlan uşaqlarda bu yanaşma daha vacibdir. Ata uzaq durarsa ciddi problemlər yarana bilər. Xüsusən də oğlan uşaqları üçün atanın dəsdəkləyici, həddini keçməyən diqqəti çox önəmlidir.

8. Həyat təcrübəsiz olmur

Uşaq özü tyapıb kəşf etməlidir düzü-səhvi. Ana və ata bir çox mövzuda həyat təcrübələrinə dayanaraq xəbərdarlıqlarını edir amma nəticənin həmişəlik və təsirli olması üçün uşağın özünü ndaxili olaraq təcrübə qazanmalı olduöunu bilməlisiniz. Məsuliyyəti uşağa verməyə qorxmayın. Bunu edən valideyinlərin ən səbirsiz olduqları nöqtə xətaya dözümsüzlük, və bəzi şeylərə gecikmək qorxusudur. Valideyn olmağın çətinliyi də bu incə müvazinətdədir onsuz da.  

Uşağı gələcəyə sağlam hazırlayaq (2)

Uşağının gələcəyinə yaxşı bir yol açmaq istəyən valideyn, uşağın ürəkdən maraq göstərdiyi sahədə ona sərbəstlik verməlidir. Yoxsa uşaq heç vaxt xətanı özündə görməz, həmişə başqalarını günahlandırar. Bu düşüncəyə görə, əgər xəta onda deyilsə, deməli düzəldiləsi bir şey də yoxdur.

9. Güvənli insanlığa gedən qızıl yol

Hiss, həyəcan və davranışlarının məsuliyyəti verilməmiş gəncin güvənini qidalandıran təcrübələri olmaz. Özünə inana bilməsi üçün həm xətanı, həm də doğrunu özü qazanmalıdır. Xətasını düzəldə bildiyini görsə özünəgüvəni artacaqdır. Çoxunuzun yaşı gec olsa da gecikmiş hasab olunmursunuz. Bu mövzu üzərində düşünməyə və nələrisə dəyişməyə cəhd etməyə dəyər!


21 iyul 2016
GO BACK