Bəzi ata və analar, uşaqlarının öyrənmək, dərs çalışmaq, bacarıqlı olmaq imtahana hazırlaşmaq kimi məktəb mərhələlərində ciddi problem yaşayır. Təbii ki, bu problemlərin çox çeşidli ümumi və xüsusi səbəbləri vardır. Səbəblər uşağa, ailəyə və çevrəyə görə fərqlilik göstərir. Buraxılış və qəbul imtahanları ərəfəsindəyik. Bu mərhələdə gənclərə və onların valideyinlərinə psixoloji olaraq dəstək ola biləcək bəzi tövsiyyələri təqdim edirik.
1.Uşağın dərs çalışmaq məsuliyyətini öhdəsinə götürməyi
Bacarıqlı olmaq və dərs çalışmaq mövzusunda problemli olan ailə və uşaqlarla apardığımız söhbətlərdə ortaq bir nöqtə var ki, o da uşaqların dərs çalışmaq məsuliyyətini almadığı və ya ala bilmədiyi, ailənin də bu məsuliyyəti hiss etdirmədiyi və yaxud etdirə bilməməyidir. Əslində məsuliyyətin verilmə və götürülmə məsələləri ilk məktəb dövründən, ibtidai siniflərdən başlayır. Imtahan ərəfəsində isə məsuliyyət sözündə tamamilə bir dəhşət yatır sanki. Ailə içi imtahana hazırlıq artıq son mərhələdədir, itiriləsi vaxt yoxdur. Uşaq hələ də sərbəst buraxılmır və çünki üstünə düşəni eləməsi çox çətin görünür. Indiyə qədər dərs çalışmaq məsuliyyətini heç vaxt öhdəsinə götürməyibmiş. Həmişə yadına salınmışdır. Qısacası bu məsələdə təcrübəsizdir. Imtahana qədər quyuya su tökməklə quyunu sulu etmək istəyirmiş.
2. İmtahana hazırlaşmaq məsuliyyətini almaq nə deməkdir?
İmtahana hazırlaşmaq məsuliyyətini almaq demək ilk növbədə bununla bağlı çoxlu həyəcana sahib olmaq deməkdir. Çalışma vaxtı ilə bağlı motiv edəcək bir qayğının olmağı plan qurub icra etmək cəhdi deməkdir.
3. Evdə dərs hazırlamağı kim bacarmır?
Məsuliyyət, dərs hazırlamağı, tapşırıqları həll etməyi özünə dərd edən uşaqlarındır. Burda diqqətə alınmalı incə bir məqam var: evin içində ana mütəmadi olaraq dərs hazırla deyə xatırladırsa burda məsuliyyət ananındır. Ana bunu fikirləşir, uşağın isə vecinə deyil.
4.Gəncin daxilində nələr olur?
Gənc nə qədər etsə də, dərs hazırlamağa başlaya bilmir. Nə istədiyini bilmir, beyni, fikirləri qarışıqdır. Ana və atasına qarşı müqavimət göstərir. Nə qədər hazırlaş desələr də, heç kitab üzü açmaz. Çətinlik çəkir, deyilən sözləri diqqətə almır, inadlaşır, günahlandırıcı münasibət, doğrulardan, danışıb həll olunası məsələlərdən uzaq qaçır. Hər kəs qarşılıqlı bir-birini günahlandırır. Kənardan bəlli olsa da, olmasa da narahatdır əslində. Sanki vecinə deyilmiş kimi kompyuterində oyun oynamağa davam edir. Ana və atasının dediklərini diqqətə almır, deyilənlərə dirənir, gələcəyinin xəyalını qura bilmir. Gələcək ümidsiz və qənaətbəxş görünmür. Gözü qurxub. Boz dairə... Bəlkə də özünə qoyduğu hədəf əlçatmaz bir hədəfdir. Ana və atası fərqində olaraq ya olmayaraq onu həvəsləndirmək üçün kiçikliyindən bəri nazıyla oynamışlar, evdə boz ərazi yoxdur.
5. Məsuliyyət uşağa niyə buraxılmır?
Bu suala hər ana və ata fərqli və özünəməxsus şəkildə cavab verə bilər amma ortaq nöqtə uşağa güvənməməkləridir. Uşağınıza güvənməlisiniz. Bəzi valideyinlər bütün nəzarəti əllərində tutmağa çalışırlar. Xətaya yer yoxdur. Öz hədəfləri var, hər şey istədikləri kimi yolunda, heç bir qüsur olmadan və büdrəmədən getməlidir. Elə bil ki, özləri imtahana girəcək. Bəziləri bunu dilə də gətirir: “ Ah onun yerinə imtahana mən girsəm, nələr edərəm!” Əslində bu imtahan onların öz keçmiş peşmanlıqlarının düzəldilməsi kimidir. Qısacası, məsuliyyəti verməsəniz uşaq da almayacaqdır. Bunu lap erkən vaxtlardan etmək, uşağın körpəliyindən təməlini qoymaq lazımdır.