Qadin.NET / Sevimli tətildən nigaran müəllimə

Sevimli tətildən nigaran müəllimə

Sevimli tətildən nigaran müəllimə

O gün gəldi, 14 iyun dərs ili bitdi. İlk dəfə idi ki, bu qədər uzun çəkən dərs ili...

Bəli, bir müəllimə kimi məni narahat edir. Tətilə gedən şagirlərimin düzgün istirahət edib etməməsi ...

Əvvəllər eşitdiyimə görə düşərgələr vardı, varlı-kasıb fərq etməz, uşaqlar orda dincələrdi. İndi bu şəraiti yaratmaq çətindir. Hər ailə edə bilmir. Ona görə səbrlə uşaqlara yanaşıb onlara qayğı göstərmək hər valideynin borcudur.

Artıq tamlıqla sizin nəzarətə keçir, əziz valideynlər.  

Sevimli tətildən nigaran müəllimə

O sizlədir!  Ona həyatımızla həyat verdiyimiz varlıq...Ona gözəl tətil yaşatmağınız mütləqdir. Deməyin ki, "bu qədər problemlə çatdıra bilmirəm".  Etməlisən! İnan sənin edə bilməyəcəyin bir şey yoxdur!

 O həyat deyilən torpağa əkdiyiniz toxumdur. Siz bağbanısınız! Necə becərdinizsə, elə də bar verəcək!

O "xalxın" dediyiniz uşalardan qat-qat qabiliyyətlidir. Sadəcə bunu siz görməlisiniz... 

Sevimli tətildən nigaran müəllimə

Unutmayın, ata-ana olmaq insanda var olan bir qabiliyyətdir...Amma yaxşı ata-ana olmaq öyrənilməsi gərəkən bir işdir!

İndiki valideynlərə daha çox məsuliyyət düşür. Öz ata-anamızdan çox. Niyə? Vurgulayıram- Deməyin ki, "Əşi mənim üçün flan şeyi etmişdilər, məgər?". 

Sənin üçün etməsələr də, sən etməlisən. Çünki indiki zaman bunu tələb edir! 

Tətildir yeni gün açıldı.

Əziz  valideynlər 9 ayını məktəbdə keçirmiş övladınızı rahat buraxmalısınız ..

İstədiyi saatda yatmalı, istədiyi saatda qalxmalı. İstərsə gecəliyi ilə gəzsin evdə. Dəyməyin rahat buraxın! 

Sevimli tətildən nigaran müəllimə

Hamımız kimi uşaqların da xəbərdarlıq almadan, zehni dincəlməyə, zehni azadlığa ehtiyacı var.

Unutmayın uşaqların nəsihətlərdən çox yaxşı nümunəyə ehtiyacı var. 

Ata oğluna deyir: 

Oğlum, ayağını hara qoyduğuna diqqət et hər zaman!

Oğul deyir:

Ata, sən diqqət et ki , mən sənin addımlarnı izləyirəm hər zaman!

Övlad istədiyiniz kimi deyil , yetişdirdiyiniz kimi olar!

Peyğəmbərimiz buyurub, " Allahdan qorxun, uşaqlarnız ilə ədalətli davranın ! " 

Sevimli tətildən nigaran müəllimə

Onlara kitabı sevdirin ! Dediyimiz kimi onlar sizin əlinizdı də görməli ki , oxuyursuz onu təkrarlasın . Bu jurnal , qəzet belə olar. Məqsəd oxudugunuzu gorsünlər . Bİz müəllimlərin məhşur sözü var . Uşaq evin güzgüsüdür ! 

Tətildə açıq havada oyun oynamaq , idman etmək , dostları ilə əylənmək kitab oxumaq .

Yay tapşırıqları vəsaitləri var onlardan istifadə etsinlər . Orda olan tapşırıqları bir işgəncə kimi yox  çoxu belə edir ,bir əyləncə kimi qəbul etməli . Burda yenə öhdəlik elbəttə Valideynə düşür . Bəziəri alır  həmin vəsaitləri bahalı bahalı ,heç diqqət belə etmir uşaq işləyir ya yox .  Onunla birgə işləməli vaxt tapdıqca . Ona dediyiniz kitabları hekayələri özünüz də oxuyun. Serillarınızı yox o kitabdakıları qisa mətinləri  birgə müzakirə edin! Bu sizin birlikdə əyləncəniz olmalı.  Məsələ- misallara cavab taparkən elə sevinməlisiniz ki, ona uğuru yaşatmalısınız! Sentyabrda dərs ili başlayanda xətləri bərbad olur. Kiçik imlalar yazdırılmalı, esselər inşalar yazdırılmalı, bezdirməmək şərti ilə. Oxuduğu qəhramanlara məktub və sairə ola biər. Həm zehni inkişaf xətləri düşüncələri daha gözəl inkişaf edir!

Sevimli tətildən nigaran müəllimə

İnanın bunları vaxt tapdıqca birlikdə işləsəniz özləri proqdamdan əlavələr də edəcəklər. Onları çox önəmli biri olduğunu hiss etdirin!  Uşaqları dinləyərkən əlinizi telefondan, gözünüzü televizordan və nə başqa iş görürsünüzsə saxlamalısınız! Çalışın onları dinlərkən  bir boyda olun Yəni ayaq üstəsinizsə, oturun. Onların gözlərinə baxaraq dinləyin onları! Sonra deməyin məni dinləmir,  birinci bunu siz etməlisiz və etdiyinizi təkrarlasınlar! Həyatı onların gözündə görün! Həyatı onlara sevdirin! 

Bütün balalara tətil boyu uğurlar diləyirəm! Valideynlərə səbr, dözüm və sevgi arzulayıram!

Sonda unutmayın! Allahımız buyurmuş:  "Övaladlarınız sizlərə əmanətdir! " Allahın əmanətini qoruyun !

İmza :  Şagirdlərinin tətilindən nigaran qalan müəllimə  Elnarə Fətullazadə 

3 iyul 2016
GO BACK