Qadin.NET / "Sevgidə şikəstlik" halı nədir?

"Sevgidə şikəstlik" halı nədir?

 

"Sevgidə şikəstlik" halı nədir?

 

Uşaqlıq illərində ana sevgisindən məhrum olan gənclər, univeristet illərində çox tez aşiq olur, ona ilk maraq göstərən qarşı cinsdən olan yoldaşının arxasınca çox tez gedə bilir. Gənclər, əksərən daxildə hiss etdikləri “məşhur” xoşbəxtliyin gerçək sevgi olub olmadığından xəbərsiz, qayğı və sevgi gördükləri şəxslərin arxasından, əlvan xəyallarla yola çıxırlar. Halbuki uşaqlıq illərində hiss edilməmiş ana sevgisi, insanın bir ömür boyu sevgiyə möhtac yaşamasına səbəb olur. Qız ya da oğlan fərq etmir, ana sevgisi uşaqlığın ilk illərində vacibdir. Uşaq, xüsusilə ilk yeddi ildə “doya-doya” ana “sevgisini” və “nəvazişini” aldısa, həyatının geri qalan qismini əmin adımlarla irəliləyə bilir, nəyi niyə istədiyini dəyərləndirə bilir. Ancaq, uşaqlıq illərində yetərincə alınmayan ana sevgisi, bir ömür boyu insanda öz yoxluğunu hiss etdirir. Şəfqət hissi ilə hörülü qarşılıqsız bir sevgi olan ana sevgisindən məhrum yetişən gənclər, xüsusilə yeniyetməlik çağından etibarən içlərindəki bu boşluğu doldura bilmək üçün o ünvandan, digər ünvana qaçma ehtiyacı hiss edirlər. Halbuki vaxtıyla əksik qalan ana sevgisinin, həyatın geri qalan qismində aradan qaldırılması əsla mümkün deyildir. O sevgi “uşaqlıq illərində” və “sadəcə anadan” alınır. Vaxtında və yetərincə alınmadığı təqdirdə yeri bir ömür boş qalacaq bu sevgi gəncləri imkansız bir sevgiyə aparır. Ana sevgisi əskikliyinin səbəb olduğu “sevgi aclığı” oğlan və qız uşağlarında özünün eyni şəkildə göstərir; qayğı və sevgiyə möhtaclıq: fəqət ona yönələn heç bir sevgidən qane olmamaq. Ana sevgisinin vacibliyi bu qədərlə də qalmır. Uşaqlıq dövründə anadan yetərincə qayğı və sevgi görməmiş gənclər yetişkinlik dövründə “ sevmə əngəlli” olma riski ilə qarşı –qarşıya olurlar. “Sevgi şikəstliyi” halı nədir? Şəxsin özünün sevgiyə və qayğıya həddən çox ehtiyac hiss etdiyi halda, ondan sevgi gözləyənlərə də yetərincə sevgi verməmə halıdır. Ya da, şəxsin arxasıyca qaçdığı insandan sevgi və qayğı görməyə başlaması halında, gördüyü bu sevgidən bir müddət sonra bezib uzaqlaşma istəyinin meydana gəlməsi halıdır. Çünki belə hallarda axtarılan şey qarşı cinsin sevgisi və qayğısı deyil, daxilində yoxluğunun acısını hiss etdiyi ana sevgisidir. Bir tərəfdən sevilməyə olan həddən çox ehtiyac, digər tərəfdən onu sevən insanlardan bir müddət sonra “ bezmə” və “uzaqlaşma” istəyi, ana sevgisinin yoxluğunun xaricə vurması halıdır.

 

"Sevgidə şikəstlik" halı nədir?

 

 

Şəxs özü ilə üzləşə bilməli

İnsana veriləcək ən böyük cəza sevgisiz bir mühitdə yaşamağa məcbur edilməkdir. İnsan sevgiyə möhtacdır, bundan əlavə sevməyə də möhtacdır. Sevilməyə və sevməyə olan ehtiyac çox normaldır və insan olmanın əsasıdır. Ancaq burda gənclərin diqqətə alması lazım olan həyati nöqtə, əgər “ sevgidə doyumsuzluq” varsa, deməli bu həyacan siqnalının səsidir. İnsan öz əksikliyini, öz dünyasını və xatirələrini yoxlayaraq bu sevilmə və qayğı görmə ehtiyaclarının səbəblərini mütləq sürətlə öyrənməlidir.

Adəm Günəş mütəxəssis pedaqoq: Valideyn sevgisindən məhrum olanlar, uşaqları ilə münasibət qura bilmir. Anasından yetərincə sevgi almamış insanlar, özləri ana ya da ata olduqlarında öz uşaqları ilə aralarındakı sevgi bağında da problemlər yaşama ehtimalını davam etdirməkdədirlər. Aparılan müalicə görüşmələrindən dəqiq bir şəkildə aydın olur ki; uşaqlıq illərində ana sevgisindən məhrum böyüyən insanlar, özləri ana və ya ata olduqlarında uşaqlarına qarşı “ sərhədisz və qarşılıqsız sevgi” verməkdə çətinlik çəkirlər. Çünki, uşaqlıq illərində doydurulmamış ana sevgisinin şüuraltında yaratdığı narahatlıq, öz uşağına eyni mənbədən sevgi verməyə başladığı vaxtda, insanı, uşaqlıq illərinə aparır, sevgisiz qaldığı vaxtları xatırladır və o günlərin yenidən xatırlanmasına səbəb olur. Belə bir halı şüuraltında hiss etmək, insanı narahat edir.

13 may 2016
GO BACK