1. Evin içində itirdiyiniz şeyi ümidsizcə saatlar boyu axtardığınız şeyi saniyələr içində tapan biridir.
2. Uşaqkən yıxılıb bir yerinizi incitdiyinizdə "öpüncə keçəcək" sehrinə sizi inandıran biridir.
3. Böyüyüncə də dostunuz, rəfiqəniz sizi küsdürdükdə "Üzülmə, o elə demək istəməmişdir, sən yanlış anlamısan" cümləsinə inandıran biridir.
4. Özünüzü ən çirkin hiss etdiyiniz anlarda sizi dünyanın ən gözəl, ən yaraşıqlı, ən əsrarəngiz biri olduğunuza inandıran biridir.
5. Artıq qalmış qiymədən lavaşarası düzəldən, tort kremi qazanını sıyırmağa icazə verən biridir.
6. Ütü, kirli paltarlar və bulaşığı eyni anda həll edə bilən biridir.
7. Müxtəlif qida qutularından xəzinə qutusu düzəldən, həmin qutulardan dondurma yerinə dolma, pirojki çıxınca sizi sevincə boğan biridir.
8. Nə qədər çox işi olursa olsun, sevgi və diqqətini də göstərməyi bacaran biridir.
9. Böyük bir mağazanın endirim bölməsinə çevirdiyiniz otağınızı səbrlə toplayan biridir.
10. Sizinlə gülən, sizinlə ağlayan, hər nə dərdiniz varsa, dinləyib həll edən biridir.
11. Sizə aid olan və etdiyiniz hər şeylə qürur duyan, mövzu nə olursa olsun, sizi "Ən birinci!" elan edən biridir.