Yaxşı vərdişlər qısacası; nəzakət qaydaları, böyüklərin sözünü dinləmək, iş həyatında uğur əldə etmək, ailə fərdlərinə qarşı daim diqqətli olmaq, təmiz və tərtib nizama dəyər verilməli, geyindiyiniz qiyafətlərin təmiz olması, dişlərinizi fırçalama, otağınızı daim səliqəli saxlamaq, dostlarınıza dəstək olmaq, yemək yediyinizdən sonra boşqabınızı götürmək, ev işlərində lazım olduqda kömk etmək. Uşaqların evdə və məktəbdə qazanacağı vərdişlər nələrdir? Günümüzdə mənəvi dəyərlər get-gedə daha çox qiymətini itirir.Yardımsevərlik, başqalarına dəyər vermək, nəzakət və ya məsuliyyət sözləri mənasız kəlmələr halına gəldi. Bəs bu halda uşaqlarımıza “ təşəkkür edirəm”, “ bir şey deyil” deməyi ya da yalan deməməyi necə öyrədəcəyik? Qəti olan, doğru və səhvin nə olduğunu bilməyən uşaqların sonra çətinlik çəkəcəkləridir. Məktəbə qədər vaxtı yaxşı qiymətləndirilsə yaxşı vərdişlər qazanmağın ən yaxşı çağıdır. Bu dövrdə uşaqlar yetişkinlərin davranışını eyni ilə təkrarlamağa çalışarlar. Əgər məktəbdə olursa müəllimin hərəkətləri onun üçün əsas bir dəyər ifadə edir. İstər sözlə və istərsə hərəkətlərlə göstərilən nəzakət qaydaları uşaq üçün ən yaxşı nümunə olacaqdır. “Ağac yaşikən əyilir “ sözü xatırlanmalıdır.
Bu yaş uşaqlarının yaxşı vərdişlər əldə etməsində ən əsas faktor zaman faktorudur. Uşağın bütün davranışları zamanlı, planlı, mütəmadi və qalıcı vərdişlər olmalıdır. Uşağın gözünü açtığı ilk məkan ailə olduğuna görə, yaxşı və bünövrə vərdişlər bu ocaqda alması lazımdır. Elə isə evdə hansı vərdişləri qazanmalı olduğunu qeyd edək:
-Uşaq vaxtında yatmalı və vaxtında oyanmalıdır.
-Üç yaşındakı bir uşaq gecə saat 7-dən səhər saat 7-yə qədər 12 saat; gündüz 2-2,5 saat yatmalıdır.
Digər vərdişləri də qeyd edək;
-Nəzakət qaydaları.
-Böyükləri və kiçikləri salamlama vərdişi
-Sevgi, hörmət və etibar münasibətlərinin inkişaf etdirilməsi.
-Çalışmaq və iş bacarmaq vərdişinin qazandırılması
-Yalnız ailə fərdlərinə deyil, böyük və kiçik insanlara qarşı da nəzakətli olmağı vərdişini aşılamaq.
-Özü geyinib soyunmağı adətini qazandırmaq.
-Təmizlik, səliqə vərdişləri. Geyimlərini təmiz saxlamaq.
-Əl-üz yumaq.
-Dişlərini fırçalamaq.
-Əşya və oyuncaqlarını səliqəli saxlaması
-Bütün bu fəaliyyətlərin zamanlı, planlı, proqramlı, sistemli və mütəmadi olması vərdişləri qazandırılmalıdır.
Məktəbdə qazanılacaq və davam etdiriləcək vərdişlər:
-Müəllim və dostlarını salamlamaq.
-Papaq, palto və s. Kimi geyimlərini yerinə asmaq.
-Danışıq qaydalarına əməl etmək.
-Əşya və oyuncaqlarını başqalarına zərər verməyəcək şəkildə istifadə etmək.
-Oyun qaydalarına riayət etmək.
-Dostlarına kömək etmək. Öz yeməyini özü yemək,
-Çəngəl, qaşıq, bıçağı özü istifadə etməsi.
-Yeməkdən sonra əlləri yumaq, sabun, dəsmal istifadə etmək,
-Yeməkdən sonra yatmaq.
-Sinifin təmizlik, səliqə və nizamına dəstək olmaq...
Məktəbin bu planlı və sistemli vərdiş qazandırma işləri ailələrə də əks etdirilməlidir. Ailə və məktəb bir-birini tamamlayan ortaq bir strategiya tətbiq etməlidir. Daha çox məktəb ailələrə elmi rəhbərlik etməlidir. Çünki hər ailə eyni ölçüdə bu işlərə yatan deyildir.