Qadin.NET / Uşaqların bunlara ehtiyacı var!

Uşaqların bunlara ehtiyacı var!

 

Uşaqların bunlara ehtiyacı var!

 

Şagirdlərin öyrənmə müddətində bədənlərini istifadə etmələri, bu hər nə qədər axmaqca, ya da çatmaq  istənən öyrənmə hədəfiylə əlaqəsiz kimi görünsə də, əslində çox böyük bir təsirə sahibdir. Araşdırmacılara görə şagirdlər riyazi hekayə izah edərkən (məsələn şifahi problemlər kimi) bədənlərini istifadə etdiklərində riyaziyyat haqqındakı düşüncələri dəyişir. "Əgər etdiyimiz hərəkətlərlə əlaqəsini qura bilsəniz, dili çox daha zəngin və dolu bir şəkildə anlayırıq", deyir Çicago Universiteti psixologiya professoru Sian Beilock.

Bu şifahi məsələni ələ alaq:

Zooparkda su ayğırı və iki timsah var. Zooparkın gözətçisi Pete, hər bir suaygırına yeddi balıq verir. Timsahlara isə dörd balıq verir.

Üçüncü siniflər  üzərində edilən bir təcrübədə şagirdlər iki qrupa ayrıldı. Bir qrup problemi iki dəfə oxudu. İkinci qrup hekayəni eyni zamanda canlandırdı. Yəni problemi oxuyarkən fiziki olaraq suaygırlarını və timsahları balıqlarla qidalandırırmış kimi etdilər. Hər iki qrupdakı şagirdlərə də gözətçinin heyvanları cəmdə neçə balıqla bəslədiyi soruşuldu.

Nəticə bu oldu:

"Hekayəni canlandıran uşaq məsələni daha çox həll etdi", deyir Beilock. Problemi oxuyan uşaq ümumiyyətlə "on bir" nəticəsinə çatdılar. Çünki məsələdəki "hər bir" sözünü gözdən qaçırdılar. Ancaq məsələni canlandıran uşaq hər bir suaygırına yeddi balıq verməyi tək-tək fiziki olaraq göstərdikləri üçün aradakı fərq ağıllarına yerləşdi.

"Burada əhəmiyyətli olan, sözləri müəyyən hərəkətlərlə qoşmaqdır. Tam öyrənməyə səbəb olan şey budur, "deyir Beilock. "Və bunu bir dəfə hərəkətə çevirdikdən sonra artıq başlarında da canlandıra bilirlər və yenə eyni faydanı görə bilərlər."

 

Uşaqların bunlara ehtiyacı var!

 

Bədən və Beyin:

Nevro alimlər insanların necə öyrəndiyini araşdırarkən ümumiyyətlə yeni bacarıqların və qabiliyyətlərin, beyində eyni zamanda təməl bədən funksiyalarını da nəzarət edən bölgələrdə əlaqəli olduğunu tapmağa davam edir. "Şagirdlərimizin həqiqətən öyrənməsini və ən yaxşı performansı göstərmələrini təmin etmək üçün başlarının içində olub bitənin kənarına keçməliyik", deyir Beilock qatıldığı Öyrənmə və Beyin Konfransında.

"Təcəssüm öyrənmə" adı verilən bu yer bir çox pedaqoq üçün yeni bir şey deyil. Maria Montessori 1966-ci ildə yazdığı "Uşaqlığın Sirri" adlı kitabında zehin və bədən arasındakı əlaqəni belə vurğulayır: "Hərəkət və ya fiziki fəaliyyət, zehni inkişaf üçün təməl bir faktordur. Hərəkət yolu ilə xarici həqiqətlə təmas qurarıq və bu təmaslar sayəsində sonunda mücərrəd fikirlər belə götürərik".

Elm insanları gedərək artan bir şəkildə Montessorinin haqlı olduğunu sübut edir. Araşdırmaçılar 6 aylıq ilə 4 yaş arasındakı kiçik uşaqların bədən hərəkətlərini araşdırdı və daha tez hərəkət etmənin gələcəkdəki akademik öyrənmə ilə əlaqəli olduğunu tapdı. Dik oturabilən, üzüstə mövqelərini daha uzun müddət qoruya və yeriyə bilən kiçik uşaq ilə gələcək akademik müvəffəqiyyətləri arasında bir korrelyasiya var. Üstəlik araşdırmaçılar, sosial-iqtisadi vəziyyətin, valideynlərin təhsil vəziyyətinin və gələcək təhsilin növünün bu vəziyyət üzərində heç bir təsiri olmadığını dilə gətirir.

 

Uşaqların bunlara ehtiyacı var!

 

 

"Akademik müvəffəqiyyətin ən güclü əlamətlərindən biri, uşaqların çox kiçik yaşlarda necə hərəkət etdikləri və dünyalarını necə kəşfetdikləridir", deyir Beilock. "Kiçik uşaq hərəkət etdiyində və dünyalarını kəşf etdiklərini, toxunaraq öyrənirlər. Çox kiçik yaşda iki əli istifadə edilən "işlər" ilə corpus callosum'un (beyində, sol və sağ beyin arasındakı sürətli ünsiyyəti təmin edən bölüm) sağlamlığı arasında bir korrelyasiya var, "deyə davam edir Beilock. Əllərini istifadə ilə beyindəki sürətli ünsiyyət arasındakı bağ, musiqi aləti çalmağı öyrənmək ilə riyaziyyat bacarığı arasında qurulan bağın səbəblərindən biri ola bilər.

"Riyaziyyat yeni bir mədəni görüşdür", deyir Beilock. Beynin, "ədədi təmsil"dən məsul olan hissəsi eyni zamanda barmaq hərəkətlərini də nəzarət edir. Bir çox uşaq əvvəl barmaqları ilə saymaq öyrənir. Bu, bu əlaqənin fiziki bir təzahürüdür. Kiçik yaşlardakı şagirdlər üzərində edilən işlər, Beilockun akademik öyrənmənin doğuşdan bədənlə əlaqəli olduğu inancını sübut edə bilən xüsusiyyətdədir.

"Bədənlərimizdən gücünü, əlimizdən gələn ən yaxşı şəkildə öyrənmək, düşünmək və performans göstərmək üçün istifadə etməyə başlamalıyıq", deyir Beilock. Şagirdlər davamlı olaraq və saatlarla, bəzən kafi müddət tənəffüs belə edə bilmədən siniflərin içində tutulurlar. Və bədənlərinin notları nə qədər güclü bir öyrənmə aracı ola biləcəyi fikrinə az qala heç maraq göstərilmirlər.

15 fevral 2016
GO BACK