Qadin.NET / "Yelbeyin qutu" uşaqlara nələr edir?

"Yelbeyin qutu" uşaqlara nələr edir?

Təhsillə bağlı məlumatlar səbəbiylə internet saytlarında gəzinərkən belə bir məlumatla rastlaşdım. Fotoqraf Donna Stivens "Yelbeyin qutu" adlandırdığı fotosessiyası ilə texnolgiya əsrimizdə texniki vasitələrə olan sevgimizin qaranlıq tərəflərini ortaya çıxarmağa çalışıb. O diqqətini kiçik yaşlı uşaqların televizor izləməsinə yönəldərək ətrafındakı 3-5 yaşlı uşaqların televizor izləyərkən çəkillərini çəkib. Şəkillərə baxdığımızda insan təsirlənməyə bilmir. Həqiqətən də uşaqların simasında səfehlik, axmaqlıq, yelbeyinlik kimi bir ifadə var. Bu ifadəni onlara bəxş edənlər isə biz böyüklərik! Fotoqraf bu işi ilə tam olaraq diqqəti uşaqları texnologiyadan uzaq tutmaq məsələsinə yönləndirib. 

Sizlər də baxın, o məsum simalara və bir daha düşünün. 

 

"Yelbeyin qutu" uşaqlara nələr edir?
Diqqət etsəniz görəcəksiniz ki, uşaqların siması heç nə ifadə etmir.
"Yelbeyin qutu" uşaqlara nələr edir?
Həyatda yenilikləri kəşf etmək çağında olan körpələrimiz nəyə görə "Yelbeyin qutu"nun təsirinə düşsün?
"Yelbeyin qutu" uşaqlara nələr edir?
"Yelbeyin qutu" uşaqlara nələr edir?
Uşaqlar bizim gələcəyimizdir. 
"Yelbeyin qutu" uşaqlara nələr edir?

"Yelbeyin qutu" uşaqlara nələr edir?
Siz uşaqlarımızın və bizim gələcəyimizi belə görürsünüz?
"Yelbeyin qutu" uşaqlara nələr edir?
Onlara həyatı real olaraq sevdirin, "Yelbeyin qutu"da gördükləri ilə yox.
10 fevral 2016
GO BACK