Ana və ataların qız uşağı yetişdirərkən ən çox etdiyi 10 səhv və qız uşaqlarının təlim-tərbiyəsində təhlükəli sözlər:
Onu etmək üçün çox kiçiksən.
Qız uşaqları gələcəklərini kişilərə görə çox daha əvvəldən planlamağa başlayırlar. Oğlan uşaqları böyüyüncə nə olacaqları mövzusunda astronavt, sehrbaz kimi fantastik fikirlər söyləyərkən, qız uşaqları isə daha gerçəkçi olurlar. Müəllim, tibb bacısı kimi seçimlər edirlər. Buna görə "sən o işi edə bilməzsən, onun üçün kiçiksən" kimi ifadələr istifadə etməniz onun özünə olan inamını sarsıda bilər.
Gözləmələrini aşağı tut.
Qız uşaqlarına irəlidə qadın olaraq çətinliklər yaşayacaqlarını buna görə də gözləmələrini aşağı tutmalarını söyləməyin. Bu onların qanadlarını kəsməklə eyni şeydir. Etmək olmaz.
O kişi işidir.
Qızınızın olmaq istədiyi, arzu etdiyi peşə, yalnız kişilərin etdiyi bir peşə ola bilər. Bu o işi qızınızın da edə bilməyəcəyi mənasını verməz. "O kişi işidir" deyib kəsdirib atmayın. Etmək olmaz.
Vaxtını boşa xərcləyirsən.
Uşaqlarınızın etdiyi hər şey sizə mənalı gəlməyə bilər. Qızınızın boşa vaxt xərclədiyini düşünə bilərsiniz və ən pisi bunu ona söyləyə bilərsiniz.
Sən dur, mən edərəm.
Uşaqlarınız üçün çox qoruyucu ola bilərsiniz. Ancaq bu onların inkişafına mane olar. Qızınızın etməyə çalışdığı işi onun yerinə etməyin. Buraxın, özü etməyə çalışsın, ən sonunda bacaracaqdır.
Bu heç də xanım davranışı deyil.
Qızınızı yetişdirərkən onu "xanım" qəlibinə salmağa çalışmayın. Bu qəlibin xaricinə çıxan davranışlarında onu azarlamayın. Uşaq olduğunu əsla unutmayın.
Sən fikirləşmə.
Qızınız sizə bir problemini izah etdiyində onu tənqidə çalışmayın. "Sən fikirləşmə" kimi qısa cavablar irəlidə aranızda meydana gələcək anlaşılmazlıqların toxumunu atmaqdan başqa bir işə yaramayacaq. Bir gün qızınızdan "Məni başa düşmürsünüz" sözünü eşitmək istəmirsinizsə buna diqqət edin.
Ona nümunə ol.
Qızınızı bacısı, ya da bir yoldaşı kimi olmağa yönləndirməyin. Bu onun öz unikal şəxsiyyətinin meydana gətirməsini maneə törədəcək. Etmək olmaz.
Az ye.
Xüsusilə yetkinlik dövründə uşaqların bədən fiziologiyasının sürətlə dəyişməsi normaldır. Bu dövrdə qızınızın ən son ehtiyacı olan şey, sizin onun həyatına qarışmanızdır. Qızınızın kilo almağa başladığını təsbit etsəniz, əsla ona "az ye" ya da "yemə" kimi ifadələr istifadə etməyin. Yemək yeyilmədiyi sırada sağlam bəslənmədən bəhs edin, ya da yeməkləri hazırlayarkən sağlam bəslənmə prinsiplərinə sadiq qalın.
Onun üçün artıqsan.
Qızınız bir gün gələcək və oğlanlardan xoşlanmağa başlayacaq və aşiq olacaq. Bu qaçınılmazlığı əvvəlcə bir qəbul edin. Onu qoruyacağam deyə qızınızın bəyəndiyi kəsləri pisləməyin. Belə edərək o seçimi edən adamı yəni qızınızı da pisləmiş olarsınız. Əgər yanlış varsa, buraxın, özü bunun fərqinə varsın.