Qadin.NET / “İlk əvvəl içinizdəki uşağı öyrədin”

“İlk əvvəl içinizdəki uşağı öyrədin”

“İlk əvvəl içinizdəki uşağı öyrədin”

Uzaqlaşan və getdikcə daha da yadlaşan bir dünyada yaşayırıq. İnsan münasibətlərinin getdikcə uzaqlaşdığı və adiləşdiyi bir dünyadır bu. Elə bir dünya ki, insanı belə özündən uzaqlaşdıran hirs bizi öz dəyərlərimizdən alıb aparır.  Özümüz də bilmədən “sahib olmaq” adına bir davanın, döyüşün içində görürük özümüzü. Modern dünyanın bizə bəxş etdiyi bəzi şeylərə diqqət etmədikdə nələrə yol açdığını görürük. Bu fəlakətlər içində ailədə  ana, ataya çox böyük bir məsuliyyət düşür. Bəli çox böyük bir məsuləyyət, çünki uşaqlar bizim təqibçimizdirlər. Biz nə etsək onlar onu görüb təqib edərlər. Uşaqlarımıza yaxşı bir həyat və tərbiyə vermək istəyiriksə  ilk əvvəl ana və ata arasında olan münasibətləri düzəltməliyik ki, sağlam bir ailə dirəyi olsun.

Əslində ən böyük məsələmiz də elə budur. Bir uşağa verə biləcəyimiz sağlam ailə həyatı o uşağın da gözəl və parlaq gələcəyi deməkdir.

Ana və ata olmaq dünyanın ən asan bir şeyidir, bilirsinizmi? Hətta ər-arvad olmaqdan daha asan bir şeydir. Ana-ata övlada sahib olan deyil, övladına sahib ola biləndir. Aradakı fərqə baxın bir, birincisində bir həzzin sonudur övlad, digərində bir həzzin nəticəsidir övlad. Məna verdiyiniz ya da vermədiyiniz hər şeyin üstündə bir şeydir o hisslər. Övlad sahibi olmaq elə bir hissdir ki, tərifi belə yoxdur. Övlad elə bir şeydir ki, bütünlükdə nə başa düşürsən, nə da başa sala bilirsən.

Ana və ata olmaq gerçək bir hissdir, amma gerçək bir ana-ata olmaq başqa bir hissdir, başqadan da başqadır.

 “İlk əvvəl içinizdəki uşağı öyrədin”

Füzulinin sözü kimidir övlad:

Danişsam təsiri yox

Sussam, içim rahat deyil.

Övladı ən gözəl şəkildə izah edən sözlərdən biridir bu. Dəyərlidir, amma dəyər bilməz. Yanında olmayanda darıxarsan, yanında olanda isə ayaq altına dolaşdığını hiss edərsən. “Bir pazzldır ailə. Övlad da bunun bir hissəsidir. O olmazsa, böyük bir hissə əskikdir. Kiçik bir hissədir övlad, amma yoxluğunda hardasa bütün taxta mənasızdır”.

Övladlarımıza yaxşı bir tərbiyə vermək üçün ən əvvəl yaxşı bir ailə olmağa çalışaq.

Ailədə ən böyük məsuliiyyət biz anaların üzərinə düşür. Ataya da məsuliiyət var, amma ən çox vəzifə ananın üzərindədir. Ona görə də biz analar daha diqqətli və təcrübəli olmağa çalışmalıyıq ki, uşaqlarımıza yaxşı bir gələcək buraxa bilək.

Elə bir uşaq böyüdək ki, işləmək istəmədiyində işıqlar kəsilmişdi deməsin.

Güldanı kim sındırdı deyəndə mən sındırdım deyə bilsin.

Sadəcə öz üzərinə düşəni edib kənara çəkilməməli, hər zaman hər şeydə məsuliyyətli olmağı öyrədin.

Birilərini əzmədən də yuxarı mərtəbələrə çıxa biləcəyini hətta yuxarı mərtəbələr deyilən şeyin çıxılmasa da olar bir yer olduğunu öyrədin.

Birilərinə lağ etməməyi, alçaq görməməyi, insanların üz görnüşünə deyil iç dünyasına, iç gözəlliyinə baxılmasını öyrədin.

Sabah, axşam internet dünyasından, sosial mediyadan başqa və önəmli olan bir dünya olduğunu öyrədin.

Hər istəyinin yerinə yetirilməməsinin, istədiyi hər şeyi anında olmamasının, zamanı gəlincə olacağını öyrədin.

Hər canı yandığında onu belə edərəm, bunu belə edərəm demədən özünə güvəni olmasını öyrədin.

Ətrafdakı insanları əzmədən, alçaltmadan hər kəsə eyni gözlə baxmağı öyrədin. Allah hər kəsi bərabər, heç kimsəni heç kimsədən üstün yaratmadığını öyrədin. 

“İlk əvvəl içinizdəki uşağı öyrədin”

Qisqanılmanın sevilməylə eyni olmadığını öyrədin. Qısqanılmanın gözəl, hörmətsizliyin pis bir şey olduğunu öyrədin.

Məni çox qısqanır, bayıra çıxarmaz, onu-bunu geyindirməz deyən adamla fəxr edilməyəcəyini bunun əslində özünə bir hörmətsizlik olduğunu öyrədin.

Həyat yoldaşlarını aldadan kişilərin yanındakı, ikinci qadın olmamağı öyrədin.

Kişilərlə dost oluna biləcəyini, çünki onlarında sadəcə insan olduqlarını öyrədin.

Oğullarınızı yaxşı böyüdün. Qarşı cinsə hörmət etməyi öyrədin.

Gecə gec saatda evinə qayıdan qadının “axtarılmamasını” öyrədin. Bir qadının çiyinlərini dost olaraq da qucaqlaya biləcəyini öyrədin.

Toxunmaqdan qorxmamasını öyrədin.

Sevmənin eyni zamanda dəyər vermək olduğunu öyrədin.

Sahib çıxmaqla sahib olmağın fərqli olduğunu öyrədin. Bütün gəncliyini biriləriylə bərabər olduqdan sonra kimsəylə bərabər olmamış birini axtarıb evlənmək istəməsinin iki üzlülük olduğunu öyrədin. Tapılmaz brend parçalar olmadıqlarını, olsalar belə burun silinən salfetlərin də parçalardan istehsal edildiyini, heç kimsəni alçaq görməməyi öyrədin.

“Amma ilk əvvəl içinizdəki uşağı öyrədin”

26 yanvar 2016
GO BACK