Qadin.NET / Uşaqdan dost olmaz ...

Uşaqdan dost olmaz ...

 

 

Bəzi valideynlər öz uşaqlarını nəzarət altında saxlamaq üçün onlarla “dost olmaq” prinsipinə üstünlük verirlər. Bəzi valideynlər isə öz uşaqlarını nəzarət altında saxlamaq üçün onlara “cəza vermək” prinsipini əsas götürürlər. Halbuki “cəza vermək” prinsipi ilə uşağı nəzarət altında saxlamaq da o qədər səhvdir.

Digər tərəfdən, uşaqlar öz ata – analarından hər şeydən əvvəl “dostluq” və ya “düşmənlik” yox, valideynlik gözləyirlər. Buna görə də, valideynlər ilk növbədə bu prinsipin “ortaq məxrəcini” tapmalı, başqa sözlə, nə ifrat dərəcədə “dost”, nə də ifrat dərəcədə “düşmən” olmalıdırlar. Təbii ki, bütün bunlarla yanaşı uşaqları ilə münasibətdə yaxşı valideyn olmağı da unutmamalıdırlar.

Valideynlik xüsusiyyətlərini unutmayın!
Yeriməyə və danışmağa başladığı gündən qocaldığı günə qədər hər uşağın yüzlərlə dostu olur. Ancaq bütün bunlara baxmayaraq onların valideynləri birdir. Və təbii olaraq, uşaqlar öz valideynlərindən dostluq xüsusiyyətləri yox, valideynlik xüsusiyyətlri axtarırlar. Buna görə də valideynlər ilk növbədə uşaqları ilə münasibətdə valideynlik xüsusiyyətlərini “ əldə etməyə” çalışmalıdırlar. Digər tərəfdən, valideynlər uşaqları ilə “ dost olmağa” çalışmaqla ailədə avtoritet boşluğunun meydana gəlməsinə səbəb olurlar. Çünki əgrə valideyn və uşaq arasında “ qarşılıqlı distluqadan” söhbət gedirsə, deməli, “ qarşılıqlı avtoritetdən” söhbət gedə bilməz.

 

Dostluğun əsası bərabərlikdir:
Dostlar bərabər hüquqlara malikdirlər. Və təbii olaraq, tərəflərdən heç biri o biri üzərində “ üstünlük “ əldə etməsinə imkan vermirlər. Əks halda, iki “ dost” iki “rəqib” qütbə çevrilirlər. Başqa bir problem isə ailədə “ avtoritet” mühitinin 100 faiz aradan qalxmasıdır. ( təbii ki, valideynlər və uşaqlar dost olduqları üçün) Üstəlik, bu problemlə daha çox təkuşaqlı ailələr qarşılaşırlar. Və nəticədə, belə ailələrdə valideynlər başqa ailələrlə müqayisədə daha çox problem yaşayırlar.

Valideynlər hansı valideynlik xüsusiyyətinə malik olmalıdırlar?
İlk növbədə valideynlər uşaq tərbiyəsinin həm maddi, həm də mənəviməsuliyyətini hiss etməlidirlər. Bununla yanaşı, valideynlər uşaqlarının məsuliyyətlərini artırmağı bacardıqları kimi həvəslərini də artırmağı bacarmalıdırlar. Eyni zamanda, uşaqlar sevgidən və qayğıdan da məhrum qalmamalıdırlar. Həmçinin, uşaqlarından etimad tələb etdikləri kimi, etimad da göstərməlidirlər. Bundan başqa, valideynlər özlərindən “ tələb etmədikləri” və ya “ tələb etdikləri” bir işi uşaqlarından tələb etməməlidirlər. Əgər uşaq özünə dost tapa bilmirsə, valideynlər onunla dost olmaq əvəzinə ona dost tapmaqda kömək etməlidirlər. Əks halda, uşağın dostları yalnız doğmalarından ibarət olar və o, ömür doğmalarına bağlı qalar …

 

Uşaqdan dost olmaz ...

 

 

Valideyndən niyə dost olmaz?
İlk növbədə, atalar uşaqlarından orta hesabla 25, analar isə orta hesabla 20-25 yaş böyükdürlər. Belə olduqda, uşaqlar istər-istəməz ata-analarını bir dost kimi qəbul edə bilmirlər. Onlar üçün ata-anaları hər şeydən əvvəl bir böyükdürlər.
Dostlar bərabər hüquqlara malikdirlər. Və təbii olaraq, tərəflərdən heç biri o biri üzərində "üstünlük" əldə etməsinə imkan vermirlər. Əks halda, iki "dost" qütblər iki "rəqib" qütblərə çevrilirlər.
Uşaqlar hər işlərinə müdaxilə edən, hər işlərində yol göstərən, hətta qanunlar, qadağalar qoyan dostları sevmirlər.
Uşaqlar dostlarından cəza almaq istəmirlər.
Uşaqlar dostlarından icazə almaq istəmirlər.
Uşaqlar dostlarından səhvlərini gizləmək istəmirlər (halbuki dost olsalar da, olmasalar da, ata-analarından səhvlərini gizləyirlər) və s.

 

21 oktyabr 2015
GO BACK