Qadin.NET / Biz anlayaq ki, bizi anlasınlar

Biz anlayaq ki, bizi anlasınlar

Biz anlayaq ki, bizi anlasınlar

Bu dəfə valideynlərlə üz-üzə oturub dərdləşmək istəyirik. İstəyirik ki, bu gün çoxumuzun yaşadığı problemlərdən, uşaqlarımızın bizə qəribə görünən davranışlarından danışaq və nəticədə müəyyən bir qərara gəlməyə çalışaq. Bəri başdan onu nəzərə alaq ki, ən azı son minilin ən çətin və sürətli illərini yaşayırıq. Elm , texnika elə bir həddə çatıb ki, dünənki bu gün üçün köhnədir, günün tələblərinə ayaq uydurmaq böyük bir problemə çevrilib. Hər nəsil özündən əvvəlkini təkzib edir, hər mövsüm də dünyanın başı üstə bir bəla, bir xəstəlik əsib keçir. Və belə bir zaman dilimində uşaqlarımızı istədiyimiz kimi yetişdirməyə çalışırıq.

 

İstədiyimiz də odur ki, ağıllı olsunlar, böyük-kiçik yerini bilsinlər, elm öyrənsinlər, başqalarına möhtac olmasınlar, heç kimə zərər yetirməsinlər. Ancaq heç ağlımıza da gətirmək istəmirik ki, heç bizim istədiyimiz kimi də olmaq istəmirlər. Əgər bir insanda həyatında bir-birinə zidd, hətta bir çox məqamlarda bir-birini inkar edən mərhələlər yer alırsa, məsələ daha da qəlizləşir. Elə bizim yaşadığımız bu zaman kəsiyində olduğu kimi. Yaşı qırxı keçənlərin, yəni uşaqları yeniyetmə olanların hamısı sovet illərində dünyaya gəlib, o illərin ideologiyası ilə formalaşıb və nə qədər inkişaf etsələr də, canlarında, qanlarında o illərin bir parçasını daşıyırlar. Yeniyetmə yaşına gəlmiş uşağınız saçını istədiyi kimi daraya, üzünü istədiyi kimi qırxa, paltarını istədiyi kimi geyinə bilər.

Biz anlayaq ki, bizi anlasınlar

Bu onun səlahiyyətidir. Əgər sərt müdaxilə ilə mənzərəni istədiyiniz şəklə salmağa çalışanız, nəticə gözlədiyinizdən də ağır ola bilər. Çünki bir şey uğrunda vuruşmaq bəzən qılıncla, bəzən də zəif bir üslubla olur. Bu məsələ də o cür zəif üslub tələb edir. Çünki təbiətdə olduğu kimi insan münasibətlərində də təsir əks təsirlə cavablanır. Bəlkə bu cavab bir az gec gəlir, ancaq əksər hallarda gəlir və ona görə də, bu üslub heç vaxt faydalı hesab edilmir. Tərbiyənin ən səmərli yolu nümunə olmaqdır. Başqa sözlə, uşağı tərbiyə etməyin yolu özünü tərbiyə etməkdən keçir...

17 oktyabr 2015
GO BACK