Qadin.NET / Gənc analara tövsiyələr

Gənc analara tövsiyələr

Gənc analara tövsiyələr

Hamiləlik dövrü qaydalara əməl etdiniz, bəs sonra? Övladınızın gigiyenasını da unutmaq olmaz.

Körpəni ilk 6 aylığında mütləq ana südü ilə qidalandırın.

Onu əmizdirməzdən əvvəl mütləq əlinizi yuyun və körpəni gündə 8 dəfə əmizdirin. Gecələr də 2-3 dəfə körpəyə  süd verilməlidir. Körpəni əmizdirərkən 3-4 dəqiqə  fasilə verməklə kürəyinə yumşaq şəkildə toxunun. Bu, körpənin köp sancısını sakitləşdirmək üçündür. Körpənin altı islanar-islanmaz bezini dəyişin. Bişməcə olmasının qarşısını almaq üçün bezi tez-tez dəyişdirmək lazımdır. Əgər körpə bişməcə olubsa, həmin nahiyəyə həkimin məsləhət gördüyü kremi çəkin. 

Körpənin göbəyi, göbəkərtafı quru və təmiz qalmalıdır. Gündə 2-3 dəfə göbəkbağı pambıqla silinməlidir. Göbəkbağı iki həftə ərzində düşəcək. Körpənin otağında temperatur 22-24 dərəcə olmalıdır. Körpənin rahat hərəkətini təmin etmək üçün ona yumşaq paltarlar geyindirin və üstünü qalın örtüklə örtməyin. Başına yumşaq parçadan tikilmiş başlıq qoyun. 

Körpənin uzanan dırnaqlarını kəsin, yoxsa üz-gözünü yaralaya bilər. 

Gənc analara tövsiyələr

Körpəni göbək bağı düşənədək onu çimizdirmədən, yalnız bədənini silməklə kifayətlənmək olar. 

Çimizdirdikdə körpənin ağzını, çənəsini tez-tez yaş, sabunsuz və yumşaq parça ilə silməyi unutmayın. Körpəni tox qarnına çimizdirməyin, qusa bilər. Yeni doğulmuş körpəni bir həftədən sonra müayinəyə aparın. Əgər körpədə sarılıq xəstəliyinin əlamətlərini görürsünüzsə, həkimə müraciət edin. 

Əziz analar, hamiləlik zamanı dişlərinizi də düşünün: hamiləlik zamanı diş və diş ətləri də həssaslaşır. Bu dövrdə dəyişən rejim diş əti xəstəliklərinə və diş çürümələrinə səbəb olur. Buna görə də hamilə qadınlar diş sağlamlığına əvvəlkindən daha çox diqqət yetirməlidirlər. Çünki, hamiləlik zamanı davam edən uzunmüddətli diş əti xəstəlikləri hətta erkən doğuşa da gətirib çıxarır. 

Hamiləlikdə ağız və dişlərin sağlamlığı üçün görüləcək tədbirlər aşağadakılardır:

Gündə ən azı iki dəfə diş fırçası ilə diş ipindən istifadə edərək  yığılan ərpi təmizləyin, ağzı duzlu su ilə qar-qara edin, cox isti və soyuq qidalardan uzaq olun, şəkərli qidalardan az istifadə edin, çürümə və ya iltihab əlamətləri gördükdə həkimə müraciət edin. Hamiləlik dövründə dişləri müalicə etmək olarmı?

Gənc analara tövsiyələr

ilk üç aylıq dövr körpənin çox həssas olduğu bir dövrdür. Ona görə də yersiz müdaxilələr ağır fəsadlara səbəb ola bilər. Yalnız çox vacib olduqda təcili müdaxilə mümkündür. İkinci üç aylıq dövrdə diş çəkmək, diş kanalını müalicə etmək olar. Üçüncü üc aylıq dövrdə isə doğum zamanı yaxınlaşdığı üçün diş həkimi yalnız zəruri hallarda müdaxilə edə bilər.

13 oktyabr 2015
GO BACK