Qadin.NET / Körpələrdə göz rəngi nə vaxt dəqiqləşir?

Körpələrdə göz rəngi nə vaxt dəqiqləşir?

Gözə daxil işıq miqdarının böyüyüb kiçilərək tənzimləyən gözbəbəyimizin ətrafındakı rəngli qismə “iris” deyilir. Yaxından baxdığımızda da görə biləcəyimiz kimi ön üzü girintili-çıxıntılı, qatlanmış təbəqələrdən əmələ gəlir. Arxa səth isə məxmər kimi düz və qalın tünd piqmentlidir.

Körpələrdə göz rəngi nə vaxt dəqiqləşir?

Göz rəngi necə əmələ gəlir?

Göz rəngi qıvrımlı ön təbəqədəki piqment miqdarına bağlı olaraq dəyişkənlik göstərərkən göz rəngi nə olursa-olsun, arxa təbəqədəki piqment miqdarı eynidir. Ön təbəqədəki piqment miqdarı çoxdursa, göz qəhvəyi, az isə yaşıl, piqment yoxdursa, göz mavi rəngli olur. Tünd dərili insanların vücudları daha çox piqment əldə etdiyindən göz rəngləri də tünd olur.

Körpələrdə göz rəngi nə vaxt dəqiqləşir?

Körpələrin göz rəngi nə vaxt dəyişir?

Göz rənginin görmə keyfiyyəti ilə əlaqəsi yoxdur. Ancaq albinoslardakı kimi arxa səthdəki piqment əskikliyi görmə keyfiyyətinə təsir edər. Bəzi körpələrdə doğumda piqment lazımi miqdarda olmaya bilər, bir neçə ay ərzində piqment yaranması tamamlanır və göy rəngə çalan boz rəng, qəhvəyi rəngə çevrilə bilər. Bu dəyişiklik çox zaman 6 ay içində tamamlanır. Sonralar göz rəngində dəyişiklik olmaz. Açıq rəngli gözlər ilk altı ayda dəyişib tündləşə bilərkən tünd rəngli gözlərdə piqmentdə azalma olmayacağından rəngində açılma da olmaz.

Van pişikləri kimi iki göz rənginin fərqli olması (heterokromi) nadir bir genetik durum olub görmə qabiliyyətinə təsir etməz.

Körpələrdə göz rəngi nə vaxt dəqiqləşir?

Göz rənginin dəyişməsi mümkündürmü?

Rəng fərqinin başqa səbələrinin olub-olmaması üçün göz həkiminin müayinə etməsi vacibdir. Çünki göz bəbəyinin böyüklük fərqinin də təqib etdiyi “heterokromi” körpədə “koniential Horner sindiromu” kimi xəstəliklərin əlaməti də ola bilər. Sonrakı yaşlarda göz rənginin dəyişimi isə ciddi xəstəliklərin əlaməti ya da nəticəsidir. Qlaukoma böhranı ya da çətin keçmiş katarakta (və ya mirvari suyu) əməliyyatları sonrası iris xəsarətilə əlaqəli piqment itməsi nəticəsində göz rəngində açılma əmələ gətirə bilər. Ən ciddi və diqqətə almamız vacib olan vəziyyət isə göz rənginin çox vaxt ləkə şəkilində, nadirən diffuziya olaraq tündləşməsi ilə üzə çıxan iris melanomladır. Nəticə olaraq, göz rəngindəki dəyişmələr diqqətə alınmalı və hansı yaşda olursa-olsun, vaxt itirmədən göz həkiminə müraciət etməlidir. Ümumi bir xatırlatma olaraq heç bir əlamət və şikayət olmasa da, ilk bir yaşda, ən geci iki yaşda uşaqların göz müayinəsi mütləq edilməlidir.

10 yanvar 2016
GO BACK